https://sputnik.az/20240124/rusiya-hokumeti-sedrinin-muavini-dost-merkezinde-olub---foto-462166481.html
Rusiya Hökuməti sədrinin müavini DOST Mərkəzində olub - FOTO
Rusiya Hökuməti sədrinin müavini DOST Mərkəzində olub - FOTO
Sputnik Azərbaycan
DOST mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olan Aleksey Overçuk DOST təcrübəsi barədə xoş təəssüratlarını ifadə edib. 24.01.2024, Sputnik Azərbaycan
2024-01-24T14:29+0400
2024-01-24T14:29+0400
2024-01-24T14:41+0400
mdb
rusiya
aleksey overçuk
dost iş mərkəzi
https://cdnn1.img.sputnik.az/img/07e8/01/18/462166153_0:49:945:581_1920x0_80_0_0_2092e7d4ab878326b543a0868696c481.jpg
BAKI, 24 yanvar — Sputnik. Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk ölkəmizə səfəri çərçivəsində 2 saylı Bakı DOST Mərkəzində olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST mərkəzlərinin fəaliyyəti barədə qonağa məlumat verilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının dövlət sosial xidmətlər sisteminə gətirdiyi innovativ yeniliklər, sosial sahələr üzrə 159 xidmətin "bir pəncərə"dən, şəffaf, çevik, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan yaratdığı diqqətə çatdırılıb. Ötən dövrdə 2 milyonadək vətəndaşın DOST xidmətlərindən faydalandığı bildirilib. DOST konsepsiyasının beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyi və xüsusi mükafatlara layiq görüldüyü, digər ölkələrdə də tətbiqinin təşviq edildiyi vurğulanıb. Hazırda bir sıra ölkələrin DOST təcrübəsini tətbiq etməkdə maraqlı olduğu qeyd edilib. DOST mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olan Aleksey Overçuk DOST təcrübəsi barədə xoş təəssüratlarını ifadə edib. Son illər ölkəmizdə dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan nailiyyətlər, beynəlxalq qurumlar tərəfindən qabaqcıl təcrübələr sırasına daxil edilən yeni rəqəmsal sosial layihələr barədə də məlumat verilib. İlham Əliyev Rusiya Hökuməti sədrinin müavinini qəbul edib Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib. Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı nəticələr baxımından 2023-cü ilin uğurlu olduğu bildirilib. Ötən ilin dekabrında Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin təmasları məmnunluqla xatırlanıb. Söhbət zamanı iqtisadi əməkdaşlığın geniş gündəliyə malik olduğu vurğulanaraq, qarşıda bu sahədə yeni istiqamətlər üzrə planların nəzərdə tutulduğu bildirilib. Ticarət dövriyyəsinin 17,5 faiz, həmçinin yük və tranzit daşımalarının davamlı artımı əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirilib. Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsinin imzalanmasının əhəmiyyəti vurğulanıb. Aleksey Overçukun səfərinin əlaqələrimizin genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirilib. Görüşdə nəqliyyat-logistika, Şimal-Cənub Nəqliyyat Dəhlizinin təşviqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Yanvarın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla Görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticari əməkdaşlığının aktual məsələləri və birgə layihələrin həyata keçirilməsinin gedişatı müzakirə olunub. Tərəflər Azərbaycan-Rusiya əməkdaşlığının 2024-2026-cı illər üçün əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsinin imzalanmasının əhəmiyyətini qeyd ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/18/462166153_53:0:893:630_1920x0_80_0_0_495c3cbd346cb670290bb081a5e916e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mdb, aleksey overçuk, dost iş mərkəzi
mdb, aleksey overçuk, dost iş mərkəzi
Rusiya Hökuməti sədrinin müavini DOST Mərkəzində olub - FOTO
14:29 24.01.2024 (Yenilənib: 14:41 24.01.2024) DOST mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olan Aleksey Overçuk DOST təcrübəsi barədə xoş təəssüratlarını ifadə edib.
BAKI, 24 yanvar — Sputnik. Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk ölkəmizə səfəri çərçivəsində 2 saylı Bakı DOST Mərkəzində olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST mərkəzlərinin fəaliyyəti barədə qonağa məlumat verilib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının dövlət sosial xidmətlər sisteminə gətirdiyi innovativ yeniliklər, sosial sahələr üzrə 159 xidmətin "bir pəncərə"dən, şəffaf, çevik, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan yaratdığı diqqətə çatdırılıb. Ötən dövrdə 2 milyonadək vətəndaşın DOST xidmətlərindən faydalandığı bildirilib.
DOST konsepsiyasının beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyi və xüsusi mükafatlara layiq görüldüyü, digər ölkələrdə də tətbiqinin təşviq edildiyi vurğulanıb. Hazırda bir sıra ölkələrin DOST təcrübəsini tətbiq etməkdə maraqlı olduğu qeyd edilib.
DOST mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olan Aleksey Overçuk DOST təcrübəsi barədə xoş təəssüratlarını ifadə edib.
Son illər ölkəmizdə dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan nailiyyətlər, beynəlxalq qurumlar tərəfindən qabaqcıl təcrübələr sırasına daxil edilən yeni rəqəmsal sosial layihələr barədə də məlumat verilib.
İlham Əliyev Rusiya Hökuməti sədrinin müavinini qəbul edib
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.
Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı nəticələr baxımından 2023-cü ilin uğurlu olduğu bildirilib. Ötən ilin dekabrında Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin təmasları məmnunluqla xatırlanıb.
Söhbət zamanı iqtisadi əməkdaşlığın geniş gündəliyə malik olduğu vurğulanaraq, qarşıda bu sahədə yeni istiqamətlər üzrə planların nəzərdə tutulduğu bildirilib. Ticarət dövriyyəsinin 17,5 faiz, həmçinin yük və tranzit daşımalarının davamlı artımı əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirilib. Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsinin imzalanmasının əhəmiyyəti vurğulanıb. Aleksey Overçukun səfərinin əlaqələrimizin genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirilib.
Görüşdə nəqliyyat-logistika, Şimal-Cənub Nəqliyyat Dəhlizinin təşviqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yanvarın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla Görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticari əməkdaşlığının aktual məsələləri və birgə layihələrin həyata keçirilməsinin gedişatı müzakirə olunub.
Tərəflər Azərbaycan-Rusiya əməkdaşlığının 2024-2026-cı illər üçün əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsinin imzalanmasının əhəmiyyətini qeyd ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.