Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov İsveçlə bağlı Türkiyənin qərarına reaksiya verdi

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 24.01.2024
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, tamamilə açıq bir faktdır ki, Ankaranın öz öhdəlikləri var, bu ittifaqla bağlı öz danışıqlar prosesinə malikdir.
BAKI, 24 yanvar — Sputnik. Türkiyə parlamentinin İsveçin NATO-ya daxil olmasına razılıq verməsi Ankaranın suveren qərarıdır, digər tərəfdən, onun müttəfiqləri qarşısında öhdəlikləri var. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Türkiyə hələ də Şimali Atlantika Alyansının üzvüdür" deyən Peskov bunun tamamilə açıq bir fakt olduğunu dilə gətirib:

"Ankaranın öz öhdəlikləri var, bu ittifaqla bağlı öz danışıqlar prosesinə malikdir".

Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb. Belə ki, sənədin lehinə 287 parlament üzvü səs verib.
Parlamentin qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı imzalamasından sonra qüvvəyə minəcək.
Beləliklə, Macarıstan yeganə NATO ölkəsi olaraq qalır ki, parlamenti İsveçin üzvlük ərizəsini hələ ratifikasiya etməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0