Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Monqolustan Rusiya və Çinlə sammit təşkil etmək üzərində işləyir – KİV

© Sputnik / Максим БлиновMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 24.01.2024
Abunə olmaq
Oyuun-Erdene Monqolustan ərazisindən keçəcək və Çinə ildə 50 milyard kubmetr Rusiya qazını tədarük edəcək "Sibirin Gücü-2" qaz kəmərinə qoşulmağa ölkəsinin hazır olduğunu bildirib.
BAKI, 24 yanvar — Sputnik. Monqolustan diplomatik kanallar vasitəsilə RusiyaÇinlə sammit təşkil etmək üçün çalışır. Bunu Monqolustanın baş naziri Luvsannamsrain Oyuun-Erdene "South China Morning Post" qəzetinə bildirib.
Luvsannamsrain Oyuun-Erdene Davosda Dünya İqtisadi Forumunda iştirak edərkən qəzetə videobağlantı vasitəsilə müsahibə verib.
O bildirib ki, sammit üçün tarix hələ təyin edilməyib.
Onun sözlərinə görə, sammitdə Pekinin regional infrastruktur əlaqələrini, ticarət və investisiya axınını genişləndirmək üçün "Bir kəmər və bir yol" təşəbbüsü çərçivəsində təklif etdiyi Çin-Monqolustan-Rusiya iqtisadi dəhlizi müzakirə olunacaq.
Oyuun-Erdene Monqolustan ərazisindən keçəcək və Çinə ildə 50 milyard kubmetr Rusiya qazını tədarük edəcək "Sibirin Gücü-2" qaz kəmərinə qoşulmağa ölkəsinin hazır olduğunu bildirib:

"Biz gözləyirik ki, Çin və Rusiya tərəfləri rəqəmlərin və iqtisadi göstəricilərin ətraflı öyrənilməsini başa çatdırsınlar. İnanıram ki, Çin və Rusiya tərəfləri hazır olan kimi biz tezliklə bu layihəyə başlaya biləcəyik".

Keçən noyabrda Monqolustan hakimiyyəti qəzetə bildirib ki, ölkə Çin və Rusiya ilə ticarəti genişləndirmək üçün yeddi yeni quru liman yaratmağı planlaşdırır. Oyuun-Erdənin sözlərinə görə, bu il və gələn il ölkədə Çinə ixrac üçün yeni limanlar yaradılacaq ki, bu da iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0