https://sputnik.az/20240124/lavrov-ve-quterres-bmt-nin-rolunun-guclenmesinin-vacib-hesab-edirler-462160001.html
Lavrov və Quterreş BMT-nin rolunun güclənməsini vacib hesab edirlər
Lavrov və Quterreş BMT-nin rolunun güclənməsini vacib hesab edirlər
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasında keçiriləcək tədbirlərdə iştirak etməkdən ötrü bazar ertəsi Nyu-Yorka gəlib. 24.01.2024, Sputnik Azərbaycan
2024-01-24T11:32+0400
2024-01-24T11:32+0400
2024-01-24T12:25+0400
rusiya
sergey lavrov
antonio quterreş
bmt
https://cdnn1.img.sputnik.az/img/40122/61/401226178_0:0:1000:563_1920x0_80_0_0_27af2f8d5a1bbf3d1b43aae4c845c0c5.jpg
BAKI, 24 yanvar — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BMT-nin baş katibi Antonio Quterreş Rusiya Federasiyası ilə BMT arasında əməkdaşlığı müzakirə ediblər. Müzakirə zamanı təşkilata üzv dövlətlərin rəylərinin ən geniş spektrı nəzərə alınmaqla təşkilatın qlobal siyasətdə rolunun gücləndirilməsinin vacibliyi qeyd olunub. Rusiya Xarici İşlər Nazirliyinin saytı bu barədə məlumat verib. Lavrov və Quterreş Nyu-Yorkda görüşüblər. Qeyd olunub ki, Lavrov görüşdə BMT Katibliyinin bütün əməkdaşlarının nizamnaməyə uyğun olaraq qərəzsizlik və bərabərlik prinsiplərinə riayət etmələri tələbini xüsusilə vurğulayıb. Xatırladaq ki, Lavrov BMT Təhlükəsizlik Şurasında keçiriləcək tədbirlərdə iştirak etməkdən ötrü bazar ertəsi Nyu-Yorka gəlib. Bundan əvvəl nazir BMT Baş Assambleyasının Yüksək Səviyyəli həftəsində iştirak etmək üçün ötən ilin sentyabrında Nyu-Yorka səfər edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40122/61/401226178_61:0:945:663_1920x0_80_0_0_a5a426e23e5619601ce3587d060ea2aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
sergey lavrov, antonio quterreş, bmt
sergey lavrov, antonio quterreş, bmt
Lavrov və Quterreş BMT-nin rolunun güclənməsini vacib hesab edirlər
11:32 24.01.2024 (Yenilənib: 12:25 24.01.2024) Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasında keçiriləcək tədbirlərdə iştirak etməkdən ötrü bazar ertəsi Nyu-Yorka gəlib.
BAKI, 24 yanvar — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BMT-nin baş katibi Antonio Quterreş Rusiya Federasiyası ilə BMT arasında əməkdaşlığı müzakirə ediblər. Müzakirə zamanı təşkilata üzv dövlətlərin rəylərinin ən geniş spektrı nəzərə alınmaqla təşkilatın qlobal siyasətdə rolunun gücləndirilməsinin vacibliyi qeyd olunub. Rusiya Xarici İşlər Nazirliyinin saytı bu barədə məlumat verib.
Lavrov və Quterreş Nyu-Yorkda görüşüblər.
"Rusiya ilə BMT arasında əməkdaşlığın müxtəlif aspektləri, eləcə də beynəlxalq gündəmdəki əsas məsələlər ətrafında əsaslı müzakirə aparılıb. Hər iki tərəf üzv dövlətlərin rəylərinin ən geniş spektrını nəzərə alaraq BMT-nin qlobal siyasətdə mərkəzi əlaqələndirici rolunun daha da gücləndirilməsinin vacibliyini qeyd edib" - bəyanatda belə deyilir.
Qeyd olunub ki, Lavrov görüşdə BMT Katibliyinin bütün əməkdaşlarının nizamnaməyə uyğun olaraq qərəzsizlik və bərabərlik prinsiplərinə riayət etmələri tələbini xüsusilə vurğulayıb.
Xatırladaq ki, Lavrov BMT Təhlükəsizlik Şurasında keçiriləcək tədbirlərdə iştirak etməkdən ötrü bazar ertəsi Nyu-Yorka gəlib. Bundan əvvəl nazir BMT Baş Assambleyasının Yüksək Səviyyəli həftəsində iştirak etmək üçün ötən ilin sentyabrında Nyu-Yorka səfər edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.