https://sputnik.az/20240124/bmt-tehlukesizlik-surasi-qezza-zolaginda-ateskese-cagirmalidir---lavrov-462156456.html
BMT Təhlükəsizlik Şurası Qəzza zolağında atəşkəsə çağırmalıdır - Lavrov
BMT Təhlükəsizlik Şurası Qəzza zolağında atəşkəsə çağırmalıdır - Lavrov
Sputnik Azərbaycan
Lavrov qeyd edib ki, Rusiya ikili standartlar sərgiləyən bəzi qərbli həmkarlarından fərqli olaraq, ekstremistləri yaxşıya və pisə, dost və düşmənə ayırmır. 24.01.2024, Sputnik Azərbaycan
2024-01-24T10:59+0400
2024-01-24T10:59+0400
2024-01-24T11:14+0400
qəzza
rusiya
rusiya xin rəhbəri sergey lavrov
yaxın şərq
bmt
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460304614_0:160:3072:1888_1920x0_80_0_0_40e15680ec7dcb7262ec2e9000c2c827.jpg
BAKI, 24 yanvar — Sputnik. BMT Təhlükəsizlik Şurası dərhal öz mandatını yerinə yetirməli və Qəzza zolağında atəşkəsə çağırmalıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Təhlükəsizlik Şurası hələ də öz mandatını yerinə yetirməli və atəşkəsə çağırmalıdır, əks halda, hərbi əməliyyatların yeni güclə bərpa olunmayacağına zəmanət yoxdur" - Lavrov deyib. "Biz milliyyətindən və mənşəyindən asılı olmayaraq Qəzzada saxlanılanların hamısının azad edilməsində israr edirik. Bu gün biz getdikcə daha çox Qərb nümayəndələrindən bu günə deyil, sabaha, "ertəsi günə" diqqət yetirməyə çağırışlar eşidirik. Sanki Qəzzada eskalasiya artıq dayanıb və oradakı vəziyyət artıq Şuranın diqqətini tələb etmir" - deyə nazir bildirib. Lavrov qeyd edib ki, Rusiya ikili standartlar sərgiləyən bəzi qərbli həmkarlarından fərqli olaraq, ekstremistləri yaxşıya və pisə, dost və düşmənə ayırmır. Onun sözlərinə görə, Qərb nümayəndə heyətlərinin məkrli məntiqi göz qabağındadır. Təhlükəsizlik Şurasının tərəfləri atəşkəsə çağırmaq üçün çox zəruri olan bütün qərarlarını bloklayan ABŞ və müttəfiqləri Qəzzada dinc əhaliyə qarşı törədilən qırğında onları ortaq edən bu son dərəcə əlverişsiz səhifəni tez bir zamanda çevirmək istəyirlər. Lavrov deyib ki, prezident seçkiləri öncəsi Vaşinqton Yaxın Şərq nizamlanması üçün əlverişli parametrlər hazırlamağa çalışır: "Mən istəməzdim ki, Vaşinqton bir daha özünün guya effektiv, lakin əslində tamamilə uğursuz olan ikitərəfli diplomatiyasına arxalansın, noyabr seçkilərinə qədər Yaxın Şərq nizamlanmasının əlverişli parametrlərini hansısa yolla həll etməyə ümid etsin". Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən edib, lakin yalnız İsrail dövləti yaradılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/06/460304614_171:0:2902:2048_1920x0_80_0_0_b772c85eeadb9c4429d812baa1910c08.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qəzza, rusiya xin rəhbəri sergey lavrov, yaxın şərq, bmt
qəzza, rusiya xin rəhbəri sergey lavrov, yaxın şərq, bmt
BMT Təhlükəsizlik Şurası Qəzza zolağında atəşkəsə çağırmalıdır - Lavrov
10:59 24.01.2024 (Yenilənib: 11:14 24.01.2024) Lavrov qeyd edib ki, Rusiya ikili standartlar sərgiləyən bəzi qərbli həmkarlarından fərqli olaraq, ekstremistləri yaxşıya və pisə, dost və düşmənə ayırmır.
BAKI, 24 yanvar — Sputnik. BMT Təhlükəsizlik Şurası dərhal öz mandatını yerinə yetirməli və Qəzza zolağında atəşkəsə çağırmalıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Təhlükəsizlik Şurası hələ də öz mandatını yerinə yetirməli və atəşkəsə çağırmalıdır, əks halda, hərbi əməliyyatların yeni güclə bərpa olunmayacağına zəmanət yoxdur" - Lavrov deyib.
"Yaxın Şərq məsələlərinə dair bugünkü görüş təkcə böyük siyasət deyil, həm də ümumbəşəri mənəviyyat baxımından "həqiqətən dramatik bir məqamda" keçirilir. Bu, Fələstində atəşi və insanlara qarşı zülmü dayandırmaq üçün təcili tədbirlərin görülməsini tələb edir" - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
"Biz milliyyətindən və mənşəyindən asılı olmayaraq Qəzzada saxlanılanların hamısının azad edilməsində israr edirik. Bu gün biz getdikcə daha çox Qərb nümayəndələrindən bu günə deyil, sabaha, "ertəsi günə" diqqət yetirməyə çağırışlar eşidirik. Sanki Qəzzada eskalasiya artıq dayanıb və oradakı vəziyyət artıq Şuranın diqqətini tələb etmir" - deyə nazir bildirib.
Lavrov qeyd edib ki, Rusiya ikili standartlar sərgiləyən bəzi qərbli həmkarlarından fərqli olaraq, ekstremistləri yaxşıya və pisə, dost və düşmənə ayırmır.
Onun sözlərinə görə, Qərb nümayəndə heyətlərinin məkrli məntiqi göz qabağındadır. Təhlükəsizlik Şurasının tərəfləri atəşkəsə çağırmaq üçün çox zəruri olan bütün qərarlarını bloklayan ABŞ və müttəfiqləri Qəzzada dinc əhaliyə qarşı törədilən qırğında onları ortaq edən bu son dərəcə əlverişsiz səhifəni tez bir zamanda çevirmək istəyirlər.
Lavrov deyib ki, prezident seçkiləri öncəsi Vaşinqton Yaxın Şərq nizamlanması üçün əlverişli parametrlər hazırlamağa çalışır: "Mən istəməzdim ki, Vaşinqton bir daha özünün guya effektiv, lakin əslində tamamilə uğursuz olan ikitərəfli diplomatiyasına arxalansın, noyabr seçkilərinə qədər Yaxın Şərq nizamlanmasının əlverişli parametrlərini hansısa yolla həll etməyə ümid etsin".
Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən edib, lakin yalnız İsrail dövləti yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.