Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya diplomatiyası Qərbi müttəfiqlərinin dəstəyindən məhrum edib

© Sputnik / Александр Кряжевməmur
məmur - Sputnik Azərbaycan, 1920, 23.01.2024
Abunə olmaq
Aİ və NATO dövlətlərinin heç də hamısı ABŞ-ın rusofob bəyanatları ilə razı deyil, üstəlik, bir çox ölkələr Rusiya Federasiyası ilə əməkdaşlığı davam etdirirlər.
BAKI, 23 yanvar — Sputnik. Qərb Moskvanın diplomatik səyləri sayəsində dünya ictimaiyyətini Rusiyaya qarşı yönəldə bilmədi.
Bunu "Çarqrad" telekanalı ilə söhbətində "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bəyan edib. O, ABŞ-ın tərəfində vur-tut, haradasa, 50-dən az ölkənin olduğunu bildirib.
Ekspertin fikrincə, Qərb hətta öz müttəfiqlərindən də dəstək ala bilməyib. O xatırladıb ki, Aİ və NATO dövlətlərinin heç də hamısı ABŞ-ın rusofob bəyanatları ilə razı deyil, üstəlik, bir çox ölkələr Rusiya Federasiyası ilə əməkdaşlığı davam etdirirlər.
"Qlobal Cənub və Hind-Sakit Okean regionunda hadisələrə kifayət qədər praqmatik baxan ölkələr var. Onların bir çoxu Birləşmiş Ştatların siyasətinin iflasa uğrayacağını gözləyirlər, lakin bunu hələ ki, açıq deyə bilmirlər. Praqmatik Hindistan var, onun üçün əsas şey nağd pul, qazancdır və buna görə də sanksiyalar və başqa hər şey onlar vecinə deyil" - o əlavə edib.
Korotçenko qeyd edib ki, bu nəticə əcnəbi həmkarları ilə dəfələrlə danışıqlar aparan Rusiya Prezidenti Vladimir Putinin səyləri sayəsində əldə edilib.
Bundan əvvəl ABŞ-ın keçmiş Prezidenti Donald Tramp demişdi ki, Amerikanın hazırkı lideri Co Baydenin siyasəti ölkəni "zibilliyə" çevirib.
Xəbər lenti
0