Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərbin məhv etdiyi Ukraynanı ancaq Rusiyanın xeyrinə seçim xilas edə bilər

© Sputnik / Стрингер / Mediabanka keçidMedvedçuk
Medvedçuk - Sputnik Azərbaycan, 1920, 22.01.2024
Abunə olmaq
Siyasətçi qeyd edib ki, Qərb öz məqsədlərinə çatmaq üçün sistemli şəkildə ukraynalılardan "ət topu" hazırlayıb.
BAKI, 22 yanvar — Sputnik. Qərbin və Ukrayna Prezidenti Vladimir Zelenski rejiminin məhv etdiyi Ukraynanı yalnız Rusiyanın xeyrinə olan seçim xilas edəcək.
Bunu "Başqa Ukrayna" Hərəkatı Şurasının sədri Viktor Medvedçuk deyib.
Siyasətçi qeyd edib ki, Qərb ukraynalılarla rusiyalıların ayrılmasına milyardlarla dollar sərmayə qoyub, həmçinin Ukraynada öz xalqını sistemli şəkildə "Qərbin maraqları üçün ət topuna" çevirən "nasist əlaltılarını" hakimiyyətə gətirib.
Bu vəziyyəti düzəltmək üçün Medvedçuk ukraynalıları əvvəllər də həmişə onları xilas edən Rusiyanın xeyrinə "tarixi" seçim etməyə çağırır.
"Bu gün ukraynalılar üçün çətin bir dövrdür, bu və ya digər şəkildə biz tarixi təcrübəni xatırlatmalı olacağıq, çünki sadəcə alternativ yol yoxdur" – Medvedçuk bildirib.
O, həmçinin xatırladıb ki, Qərb tarixən Ukrayna əhalisini "kəsməyə və əsarət altına almağa" çalışıb və bu günə qədər də oxşar məqsədlərə nail olmaqda davam edir.
Medvedçuk bu yaxınlarda xəbərdarlıq edib ki, Qərb Ukraynadan öz məqsədlərinə çatmaq üçün bir vasitə kimi istifadə edir və onu tamamilə özündən asılı vəziyyətə salıb, lakin nə vaxtsa Kiyev rejimi öz müttəfiqlərindən arxadan zərbə alacaq.
Xəbər lenti
0