Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kiyevin uşaqlara qarşı cinayətləri ilə bağlı hesabat Putinə təqdim olunacaq

© Sputnik / Сергей СавостьяновRusiya prezidenti Vladimir Putin Məhəmməd bin Zayed Əl Nəhyan ilə
Rusiya prezidenti Vladimir Putin Məhəmməd bin Zayed Əl Nəhyan ilə - Sputnik Azərbaycan, 1920, 22.01.2024
Abunə olmaq
Kiyevdə uşaqlara qarşı cinayətləri araşdıran komissiyanın aralıq hesabatı fevralın sonunda hazır olacaq.
BAKI, 22 yanvar — Sputnik. Kiyevdə uşaqlara qarşı cinayətləri araşdıran komissiyanın aralıq hesabatı fevralın sonunda hazır olacaq və Rusiya Prezidenti Vladimir Putinə təqdim olunacaq.
Bunu Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Anna Kuznetsova bildirib.
"Prezidentə veriləcək aralıq hesabatın hazırlanması yolunda son məruzə üzərində işlər gedir. Fevralın sonunda iş tamamlanacaq və komissiyamızın bu gün əldə etdikləri birgə o, Rusiya prezidentinə təqdim olunacaq" - Kuznetsova jurnalistlərə söyləyib.
Xatırladaq ki, bir müddət əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Kiyevin uşaqlara qarşı cinayətləri ilə bağlı aparılan istintaqın nəticələrini müzakirə etmək üçün digər ölkələrin parlamentarilərini dəvət etmək təşəbbüsünü dəstəkləyib.
Bunu Kiyev rejiminin uşaqlara qarşı cinayət hərəkətlərinin parlament araşdırması üzrə komissiyanın həmsədri, Rusiya Dövlət Dumasının vitse-spikeri Anna Kuznetsova bildirib.
"Dünyanın digər ölkələrinin parlamentarilərini Kiyev rejiminin uşaqlara qarşı törətdiyi cinayətlərlə bağlı parlament araşdırmasının nəticələri barədə məlumatlandırmaq lazımdır - bu qərar bizim Komissiyanın iclasında qəbul edilib. Bu gün isə bizim təşəbbüsümüz Dövlət Dumasının sədri Vyaçeslav Viktoroviç Volodin və deputatlar tərəfindən dəstəklənib", - deyə Kuznetsova özünün "Telegram" kanalında belə yazıb.
Komissiyanın daha əvvəlki iclasında Kuznetsova istintaqın nəticələrini müzakirə etmək üçün digər ölkələrin parlamentarilərini dəvət etməyi təklif edib, həmçinin Kiyevin uşaqlara qarşı cinayətlərini araşdırmaqdan ötrü səmərəli işləmək üçün Belarusla birliyi elan edib.
O, əlavə edib ki, Kiyevin cinayətləri Amerika Demokratiyaya Dəstək Fondu tərəfindən dəstəklənir. Rusiya digər məsələlərlə yanaşı, informasiya təhlükəsizliyi üzərində işləməklə bu "infeksiyanın" yayılmasının qarşısını almalıdır.
Həmçinin, BMT-nin xüsusi nümayəndəsi Virciniya Qambanın da dəvət olunması təklif olunub.
Xəbər lenti
0