https://sputnik.az/20240122/argentinanin-brks-e-qosulmamaq-qerari-planlara-tesir-etmeyecek---ryabkov-462115911.html
Argentinanın BRİKS-ə qoşulmamaq qərarı planlara təsir etməyəcək - Ryabkov
Argentinanın BRİKS-ə qoşulmamaq qərarı planlara təsir etməyəcək - Ryabkov
Sputnik Azərbaycan
Ryabkov deyib ki, Rusiyanın sədrliyinin builki ən mühüm vəzifəsi yeni iştirakçıların bütün əməkdaşlığın arxitekturasına üzvi inteqrasiyasıdır. 22.01.2024, Sputnik Azərbaycan
2024-01-22T22:29+0400
2024-01-22T22:29+0400
2024-01-22T22:29+0400
argentina
rusiya
sergey ryabkov
rusiya xarici işlər nazirinin müavini sergey ryabov
briks
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438012944_0:0:3005:1691_1920x0_80_0_0_615cda7ec542d9a2df6a5f992c69fb66.jpg
BAKI, 22 yanvar — Sputnik. Argentinanın BRİKS-ə qoşulmamaq qərarı assosiasiyanın siyasət, təhlükəsizlik, iqtisadiyyat və maliyyə sahələrində strateji tərəfdaşlıq və qarşılıqlı fəaliyyəti gücləndirmək planlarına təsir etməyəcək. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov RİA Novosti-yə bildirib. "Argentinanın yeni administrasiyası bu gün ölkəni BRİKS-də görmədiyini bildirib. Prezident Xavyer Mileydən müvafiq mesaj alınıb. Biz Buenos-Ayresdəki hakimiyyətin suveren seçiminə hörmət edirik. Eyni zamanda Argentinanın qərarı assosiasiyanın strateji tərəfdaşlığı gücləndirmək və hər üç əsas sahədə - siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələr sahəsində qarşılıqlı əlaqəni inkişaf etdirmək planlarına heç bir şəkildə təsir göstərməyəcək" - o bildirib. "Dəfələrlə qeyd etmişik ki, Rusiyanın sədrliyinin builki ən mühüm vəzifəsi yeni iştirakçıların bütün əməkdaşlığın arxitekturasına üzvi inteqrasiyasıdır", Ryabkov qeyd edib. BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir, lakin son vaxtlar 23 dövlət artıq iqtisadi bloka qoşulmaq arzusunu bildirib. Təşkilatın avqust ayında Yohannesburqda keçirilən zirvə toplantısından sonra BƏƏ, Səudiyyə Ərəbistanı, İran, Argentina, Misir və Efiopiya 2024-cü il yanvarın 1-də BRİKS-ə üzv olmağa rəsmən dəvət edilib. Dekabrın sonunda Argentina mediası ölkə prezidenti Xavyer Mileyin BRİKS ölkələrinin liderlərini Argentinanın qrupa qoşulmaqdan imtina etməsi barədə rəsmi məktublarla xəbərdar etdiyini bildirib. Rusiya 2024-cü ildə BRİKS-ə sədrlik edəcək. Assosiasiyanın sammitinin oktyabrda Kazanda baş tutacağı gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438012944_0:0:2731:2048_1920x0_80_0_0_462e2cd0015b04433b0e0923971f128a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
argentina, sergey ryabkov, rusiya xarici işlər nazirinin müavini sergey ryabov, briks
argentina, sergey ryabkov, rusiya xarici işlər nazirinin müavini sergey ryabov, briks
Argentinanın BRİKS-ə qoşulmamaq qərarı planlara təsir etməyəcək - Ryabkov
Ryabkov deyib ki, Rusiyanın sədrliyinin builki ən mühüm vəzifəsi yeni iştirakçıların bütün əməkdaşlığın arxitekturasına üzvi inteqrasiyasıdır.
BAKI, 22 yanvar — Sputnik. Argentinanın BRİKS-ə qoşulmamaq qərarı assosiasiyanın siyasət, təhlükəsizlik, iqtisadiyyat və maliyyə sahələrində strateji tərəfdaşlıq və qarşılıqlı fəaliyyəti gücləndirmək planlarına təsir etməyəcək. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov RİA Novosti-yə bildirib.
"Argentinanın yeni administrasiyası bu gün ölkəni BRİKS-də görmədiyini bildirib. Prezident Xavyer Mileydən müvafiq mesaj alınıb. Biz Buenos-Ayresdəki hakimiyyətin suveren seçiminə hörmət edirik. Eyni zamanda Argentinanın qərarı assosiasiyanın strateji tərəfdaşlığı gücləndirmək və hər üç əsas sahədə - siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələr sahəsində qarşılıqlı əlaqəni inkişaf etdirmək planlarına heç bir şəkildə təsir göstərməyəcək" - o bildirib.
"Dəfələrlə qeyd etmişik ki, Rusiyanın sədrliyinin builki ən mühüm vəzifəsi yeni iştirakçıların bütün əməkdaşlığın arxitekturasına üzvi inteqrasiyasıdır", Ryabkov qeyd edib.
BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir, lakin son vaxtlar 23 dövlət artıq iqtisadi bloka qoşulmaq arzusunu bildirib. Təşkilatın avqust ayında Yohannesburqda keçirilən zirvə toplantısından sonra BƏƏ, Səudiyyə Ərəbistanı, İran, Argentina, Misir və Efiopiya 2024-cü il yanvarın 1-də BRİKS-ə üzv olmağa rəsmən dəvət edilib.
Dekabrın sonunda Argentina mediası ölkə prezidenti Xavyer Mileyin BRİKS ölkələrinin liderlərini Argentinanın qrupa qoşulmaqdan imtina etməsi barədə rəsmi məktublarla xəbərdar etdiyini bildirib.
Rusiya 2024-cü ildə BRİKS-ə sədrlik edəcək. Assosiasiyanın sammitinin oktyabrda Kazanda baş tutacağı gözlənilir.