https://sputnik.az/20240122/abs-ukraynanin-bas-naziri-vezifesine-kimi-ireli-surub-nariskin-aciqladi-462121503.html
ABŞ Ukraynanın Baş naziri vəzifəsinə kimi irəli sürüb? Narışkin açıqladı
ABŞ Ukraynanın Baş naziri vəzifəsinə kimi irəli sürüb? Narışkin açıqladı
Sputnik Azərbaycan
Ukrayna Prezidenti Vladimir Zelenskinin 2023-cü ilin dekabrında ABŞ-a səfəri zamanı icra hakimiyyəti orqanlarında kadr dəyişiklikləri ilə bağlı tövsiyələr onun... 22.01.2024, Sputnik Azərbaycan
2024-01-22T19:20+0400
2024-01-22T19:20+0400
2024-01-22T19:20+0400
sergey narışkin
rusiya
vitali kliçko
vladimir zelenski
ukrayna
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446909034_0:92:3079:1824_1920x0_80_0_0_681ef63dbc4801f567935aaa07d96978.jpg
BAKI, 22 yanvar — Sputnik. Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin ABŞ-ın Ukraynanın Baş naziri vəzifəsinə ölkənin Vaşinqtondakı səfiri Oksana Markarovanı irəli sürdüyünü söyləyib. Bu barədə "TASS" XKX-nin mətbuat bürosuna istinadən xəbər verir. Narışkinin açıqlamasına görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin 2023-cü ilin dekabrında ABŞ-a səfəri zamanı icra hakimiyyəti orqanlarında kadr dəyişiklikləri ilə bağlı tövsiyələr onun diqqətinə çatdırılıb. Belə ki, XKX-nin məlumatına görə, amerikalılar Bluminqtondakı İndiana Universitetində təhsil alan Markarovanı Baş nazir vəzifəsinə irəli sürürlər. İdarədən həmçinin bildirilib ki, ABŞ Ukraynanın maliyyə naziri vəzifəsinə Maliyyə Nazirliyi rəhbərinin müavini Aleksandr Kavunu, iqtisadiyyat naziri vəzifəsinə isə bu nazirliyin rəis müavini Taras Kaçkanı təklif edir. Bundan əvvəl ukraynalı siyasətçi Georgi Tuka Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı Valeri Zalujnını vəzifəsindən azad etmək qərarına gəldiyini bildirib. Ukrayna Ali Radanın deputatı Aleksandr Dubinski söyləyib ki, Ukrayna prezidenti 2024-cü ilin martında səlahiyyət müddətinin başa çatması ərəfəsində genişmiqyaslı siyasi təmizləmə əməliyyatı keçirir. Kiyevin meri Vitaliy Kliçko da Zelenskinin siyasətinin getdikcə avtoritar xarakter aldığını bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446909034_174:0:2905:2048_1920x0_80_0_0_950a6b8e045f35c53ca2c65f005ed62c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey narışkin, vitali kliçko, vladimir zelenski, ukrayna, abş
sergey narışkin, vitali kliçko, vladimir zelenski, ukrayna, abş
ABŞ Ukraynanın Baş naziri vəzifəsinə kimi irəli sürüb? Narışkin açıqladı
Ukrayna Prezidenti Vladimir Zelenskinin 2023-cü ilin dekabrında ABŞ-a səfəri zamanı icra hakimiyyəti orqanlarında kadr dəyişiklikləri ilə bağlı tövsiyələr onun diqqətinə çatdırılıb.
BAKI, 22 yanvar — Sputnik. Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin ABŞ-ın Ukraynanın Baş naziri vəzifəsinə ölkənin Vaşinqtondakı səfiri Oksana Markarovanı irəli sürdüyünü söyləyib.
Bu barədə "TASS" XKX-nin mətbuat bürosuna istinadən xəbər verir.
Narışkinin açıqlamasına görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin 2023-cü ilin dekabrında ABŞ-a səfəri zamanı icra hakimiyyəti orqanlarında kadr dəyişiklikləri ilə bağlı tövsiyələr onun diqqətinə çatdırılıb. Belə ki, XKX-nin məlumatına görə, amerikalılar Bluminqtondakı İndiana Universitetində təhsil alan Markarovanı Baş nazir vəzifəsinə irəli sürürlər.
İdarədən həmçinin bildirilib ki, ABŞ Ukraynanın maliyyə naziri vəzifəsinə Maliyyə Nazirliyi rəhbərinin müavini Aleksandr Kavunu, iqtisadiyyat naziri vəzifəsinə isə bu nazirliyin rəis müavini Taras Kaçkanı təklif edir.
Bundan əvvəl ukraynalı siyasətçi Georgi Tuka Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı Valeri Zalujnını vəzifəsindən azad etmək qərarına gəldiyini bildirib.
Ukrayna Ali Radanın deputatı Aleksandr Dubinski söyləyib ki, Ukrayna prezidenti 2024-cü ilin martında səlahiyyət müddətinin başa çatması ərəfəsində genişmiqyaslı siyasi təmizləmə əməliyyatı keçirir.
Kiyevin meri Vitaliy Kliçko da Zelenskinin siyasətinin getdikcə avtoritar xarakter aldığını bildirib.