https://sputnik.az/20240121/ukraynanin-donetske-hucumu-rusiyanin-mulki-ehalisine-qarsi-terror-aktidir---xn--462109564.html
Ukraynanın Donetskə hücumu Rusiyanın mülki əhalisinə qarşı terror aktıdır - XİN
Ukraynanın Donetskə hücumu Rusiyanın mülki əhalisinə qarşı terror aktıdır - XİN
Sputnik Azərbaycan
Bu gün səhər saatlarında Ukrayna hərbçiləri Donetskin Kirovski rayonuna hücum edib. 21.01.2024, Sputnik Azərbaycan
2024-01-21T17:04+0400
2024-01-21T17:04+0400
2024-01-21T17:04+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
donetsk
hücum
terror
https://cdnn1.img.sputnik.az/img/42266/16/422661644_0:234:3068:1960_1920x0_80_0_0_96cc4131489de10167deaab99da65cef.jpg
BAKI, 21 yanvar - Sputnik. Ukrayna Silahlı Qüvvələrinin (USQ) Amerika Birləşmiş Ştatlarının və onun peyklərinin dəstəyi ilə Donetskə hücumu Rusiyanın mülki əhalisinə qarşı terror aktıdır. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Donetsk bazarını atəşə tutması ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda deyilir.Yanvarın 21-də səhər saatlarında Ukrayna hərbçiləri Donetskin Kirovski rayonuna hücum edib. Son məlumatlara görə, ölənlərin sayı 25 nəfərdir, ikisi uşaq olmaqla daha 20 nəfər yaralanıb.Bildirilir ki, Moskva bütün məsul hökumətləri və beynəlxalq strukturları Ukrayna Silahlı Qüvvələrinin Donetskdə törətdiyi terror aktını pisləməyə çağırır:“Rusiya bütün məsuliyyət daşıyan hökumətləri və müvafiq beynəlxalq strukturları bu vəhşi terror hücumunu qəti şəkildə pisləməyə çağırır”.Qeyd olunur ki, hadisədə iştirak edən və məsuliyyət daşıyanlar qaçılmaz cəzaya məruz qalacaqlar.Vurğulanır ki, Rusiya İstintaq Komitəsi dərhal bu cinayətlə bağlı araşdırmaya başlayıb."Torpaqlarımızda törədilən bu və digər terror aktlarında əli olan və məsuliyyət daşıyanların hamısı qaçılmaz cəzaya məruz qalacaq” - nazirlik qeyd edib.Ukrayna Silahlı Qüvvələrinin Donetskə hücumu BMT Təhlükəsizlik Şurasının bazar ertəsi Rusiyanın tələb etdiyi Ukrayna ilə bağlı iclasının mərkəzi mövzularından biri olacaq və Rusiya xarici işlər naziri Sergey Lavrov iclasda iştirak edəcək.Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski özünün Telegram kanalında yazıb.“Şübhə etmirəm ki, Ukrayna Silahlı Qüvvələrinin bu son dəhşətli cinayəti, Sergey Viktoroviç Lavrovun iştirakı ilə yanvarın 22-də xahiş etdiyimiz BMT Təhlükəsizlik Şurasının iclasının əsas mövzularından birinə çevriləcək” - Polyanski qeyd edib.Qeyd olunur ki, iclas Qərb ölkələrinin Kiyevə silah tədarükü ilə bağlı çağırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42266/16/422661644_197:0:2928:2048_1920x0_80_0_0_d1a530c481a7571d34d24376f4bfcc1b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
donetsk, hücum, terror
Ukraynanın Donetskə hücumu Rusiyanın mülki əhalisinə qarşı terror aktıdır - XİN
Bu gün səhər saatlarında Ukrayna hərbçiləri Donetskin Kirovski rayonuna hücum edib.
BAKI, 21 yanvar - Sputnik. Ukrayna Silahlı Qüvvələrinin (USQ) Amerika Birləşmiş Ştatlarının və onun peyklərinin dəstəyi ilə Donetskə hücumu Rusiyanın mülki əhalisinə qarşı terror aktıdır. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Donetsk bazarını atəşə tutması ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda deyilir.
Yanvarın 21-də səhər saatlarında Ukrayna hərbçiləri Donetskin Kirovski rayonuna hücum edib. Son məlumatlara görə, ölənlərin sayı 25 nəfərdir, ikisi uşaq olmaqla daha 20 nəfər yaralanıb.
Bildirilir ki, Moskva bütün məsul hökumətləri və beynəlxalq strukturları Ukrayna Silahlı Qüvvələrinin Donetskdə törətdiyi terror aktını pisləməyə çağırır:
“Rusiya bütün məsuliyyət daşıyan hökumətləri və müvafiq beynəlxalq strukturları bu vəhşi terror hücumunu qəti şəkildə pisləməyə çağırır”.
Qeyd olunur ki, hadisədə iştirak edən və məsuliyyət daşıyanlar qaçılmaz cəzaya məruz qalacaqlar.
“Neonasist Kiyev rejimi ABŞ və onun peyklərinin dəstəyi ilə növbəti dəfə Rusiyanın mülki əhalisinə qarşı vəhşi terror aktı törədib” - sənəddə bildirilir.
Vurğulanır ki, Rusiya İstintaq Komitəsi dərhal bu cinayətlə bağlı araşdırmaya başlayıb.
"Torpaqlarımızda törədilən bu və digər terror aktlarında əli olan və məsuliyyət daşıyanların hamısı qaçılmaz cəzaya məruz qalacaq” - nazirlik qeyd edib.
Ukrayna Silahlı Qüvvələrinin Donetskə hücumu BMT Təhlükəsizlik Şurasının bazar ertəsi Rusiyanın tələb etdiyi Ukrayna ilə bağlı iclasının mərkəzi mövzularından biri olacaq və Rusiya xarici işlər naziri Sergey Lavrov iclasda iştirak edəcək.
Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski özünün Telegram kanalında yazıb.
“Şübhə etmirəm ki, Ukrayna Silahlı Qüvvələrinin bu son dəhşətli cinayəti, Sergey Viktoroviç Lavrovun iştirakı ilə yanvarın 22-də xahiş etdiyimiz BMT Təhlükəsizlik Şurasının iclasının əsas mövzularından birinə çevriləcək” - Polyanski qeyd edib.
Qeyd olunur ki, iclas Qərb ölkələrinin Kiyevə silah tədarükü ilə bağlı çağırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.