Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Göyərtəsində Rusiya vətəndaşlarının olduğu təyyarə qəzası ilə bağlı iş açılıb

© AP Photo / Michael ProbstSəmada təyyarə, arxiv
Səmada təyyarə, arxiv - Sputnik Azərbaycan, 1920, 21.01.2024
Abunə olmaq
Rusiya İstintaq Komitəsi hadisənin bütün hallarını müəyyən etməyə yönəlmiş bir sıra istintaq hərəkətləri təşkil edəcək.
BAKI, 21 yanvar - Sputnik. Əfqanıstanda göyərtəsində Rusiya vətəndaşlarının olduğu təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

“Əfqanıstanda göyərtəsində Rusiya vətəndaşlarının olduğu təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb. Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin Hava və Su Nəqliyyatı üzrə Moskva İstintaq İdarəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsi ilə (ehtiyatsızlıqdan iki və ya daha çox insanın ölümünə səbəb olan yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarını pozma) cinayət işi açılıb" - məlumatda bildirilir.

İstintaq Komitəsinin müstəntiqləri, o cümlədən Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşları hadisənin bütün hallarının müəyyənləşdirilməsinə yönəlmiş bir sıra istintaq hərəkətləri təşkil edəcəklər.
12.20
Rusiyanın Falcon 10B təyyarəsinin Əfqanıstanda qəzaya uğramasının ilkin səbəbi iki mühərrikin texniki nasazlığı olub. Bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

“Təyyarənin qəzaya uğramasına səbəb iki mühərrikin texniki nasazlığı olub” - agentliyin həmsöhbəti bildirib.

Əfqanıstanda radarlardan itən təyyarənin göyərtəsində ilkin məlumatlara görə 6 nəfər olub. Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin teleqram kanalında məlumat verilib.
12.14
Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Əfqanıstanda yoxa çıxan Falcon 10 təyyarəsi Rusiyanın mülki təyyarələrinin dövlət reyestrində qeydiyyata alınıb.
Bildirilir ki, ötən gecə o, Əfqanıstan hava məkanında (Tacikistanla sərhəd yaxınlığında) olarkən əlaqəni kəsib və radar ekranlarından itib. Təyyarə Qaya (Hindistan) - Daşkənd - Jukovski marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirib.

"İlkin olaraq: təyyarənin göyərtəsində altı nəfər - dörd ekipaj üzvü və iki sərnişin olub" - departamentdən bildirilib.

Federal Hava Nəqliyyatı Agentliyi Əfqanıstan və Tacikistanın aviasiya hakimiyyətləri ilə əlaqə saxlayır və hazırda gəminin axtarışı aparılır.
Təyyarə “Athletic Group” MMC-yə və fiziki şəxsə məxsusdur. “Khaama Press”in məlumatına görə, təyyarə ilkin kursundan çıxıb.

“Bədəxşan əyalətindən olan yerli mənbələr təyyarənin ilkin kursundan çıxdığını və Zebak bölgəsində dağ silsiləsi ilə toqquşduğunu təsdiqləyir” - agentlik X sosial şəbəkəsindəki səhifəsində bildirib.

Bədəxşan əyalətinin İnformasiya və Mədəniyyət Departamentinin rəhbəri Tolo News-a bildirib ki, araşdırma aparmaq üçün qəza yerinə qrup göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0