https://sputnik.az/20240119/turkiye-taxil-sazisi-ile-bagli-alternativler-axtarmir---menbe-462066839.html
Türkiyə taxıl sazişi ilə bağlı alternativlər axtarmır - mənbə
Türkiyə taxıl sazişi ilə bağlı alternativlər axtarmır - mənbə
Sputnik Azərbaycan
Agentliyin həmsöhbəti bildirib ki, bütün tərəflərin danışıqlarda iştirak etmədiyi halda alternativ yollar risklidir. 19.01.2024, Sputnik Azərbaycan
2024-01-19T20:12+0400
2024-01-19T20:12+0400
2024-01-19T20:12+0400
rusiya
taxıl
taxıl sazişi
putin
vladimir putin
qərb
türkiyə
ukrayna
bmt
qara dəniz
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458546841_0:160:3072:1888_1920x0_80_0_0_e14489ec7bd93de045d5d9c42a0b0826.jpg
BAKI, 19 yanvar — Sputnik. Türkiyə Qara Dəniz Taxıl Təşəbbüsünə alternativlərlə bağlı heç bir danışıqlar aparmır. Bu barədə RİA Novosti-yə Ankaradakı diplomatik mənbə bildirib. Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar daha əvvəl demişdi ki, Kiyev əvvəlki taxıl müqaviləsinə alternativ format tapmaq üçün müəyyən danışıqlar aparır. "Müxtəlif versiyalar irəli sürüldü və müzakirə edildi. Amma biz ilk gündən bildirdik ki, bütün tərəflərin danışıqlarda iştirak etmədiyi halda alternativ yollar risklidir. Məqsədimiz bu təşəbbüsü ilkin formada bərpa etməkdir, baxmayaraq ki, bu, indiki şəraitdə çox çətindir", agentliyin həmsöhbəti deyib. 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin ixracını nəzərdə tuturdu. Taxıl müqaviləsi 2023-cü il iyulun 18-də Rusiya Federasiyasının Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazını bildirməsi ilə başa çatıb. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Rusiya ilə bağlı razılaşmanın şərtləri BMT-nin səylərinə baxmayaraq yerinə yetirilməyib, çünki Qərb ölkələri sazişin müddəalarını yerinə yetirmək niyyətində deyillər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458546841_171:0:2902:2048_1920x0_80_0_0_7d8f36faaf00be3eecbc3b6ae977be33.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taxıl, taxıl sazişi, putin, vladimir putin, qərb, türkiyə, ukrayna, bmt, qara dəniz
taxıl, taxıl sazişi, putin, vladimir putin, qərb, türkiyə, ukrayna, bmt, qara dəniz
Türkiyə taxıl sazişi ilə bağlı alternativlər axtarmır - mənbə
Agentliyin həmsöhbəti bildirib ki, bütün tərəflərin danışıqlarda iştirak etmədiyi halda alternativ yollar risklidir.
BAKI, 19 yanvar — Sputnik. Türkiyə Qara Dəniz Taxıl Təşəbbüsünə alternativlərlə bağlı heç bir danışıqlar aparmır. Bu barədə RİA Novosti-yə Ankaradakı diplomatik mənbə bildirib.
Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar daha əvvəl demişdi ki, Kiyev əvvəlki taxıl müqaviləsinə alternativ format tapmaq üçün müəyyən danışıqlar aparır.
"Müxtəlif versiyalar irəli sürüldü və müzakirə edildi. Amma biz ilk gündən bildirdik ki, bütün tərəflərin danışıqlarda iştirak etmədiyi halda alternativ yollar risklidir. Məqsədimiz bu təşəbbüsü ilkin formada bərpa etməkdir, baxmayaraq ki, bu, indiki şəraitdə çox çətindir", agentliyin həmsöhbəti deyib.
2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin ixracını nəzərdə tuturdu. Taxıl müqaviləsi 2023-cü il iyulun 18-də Rusiya Federasiyasının Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazını bildirməsi ilə başa çatıb. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Rusiya ilə bağlı razılaşmanın şərtləri BMT-nin səylərinə baxmayaraq yerinə yetirilməyib, çünki Qərb ölkələri sazişin müddəalarını yerinə yetirmək niyyətində deyillər.