Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Paşinyanın bu addımı atmasını gözləyir - Kopırkin

© Sputnik / Асатур ЕсаянцNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 19.01.2024
Abunə olmaq
Rusiyalı səfir bildirib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər dövlətlərarası münasibətlər praktikasında adi haldır və bu məsələ gündəmdə qalır.
BAKI, 19 yanvar — Sputnik. Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının may ayında Moskvada keçiriləcək yubiley sammitində iştirakını gözləyir. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin RİA Novosti agentliyinə müsahibəsində bildirib.
"Xatırladıram ki, bu il Ermənistan Respublikası Avrasiya İqtisadi Şurasına sədrlik edir. Bu, həm də nümayəndə heyətlərinin mübadiləsini və səfərləri əhatə edir. May ayında Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammitinin keçirilməsi planlaşdırılır və təbii ki, , Rusiya tərəfi baş nazir Paşinyanın iştirakını gözləyir",səfir bildirib.
Onun sözlərinə görə, yüksək səviyyəli qarşılıqlı səfərlər dövlətlərarası münasibətlər praktikasında adi haldır və bu məsələ gündəmdə qalır.
"Xatırladıram ki, bu yaxınlarda, İrəvanda ölkələrimizin baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçirildi. Orada həm Rusiyanın, həm də Ermənistanın müxtəlif nazirliklərinin nümayəndələri iştirak edirdilər. Bu, ikitərəfli münasibətlərimizdə çox mühüm, əlamətdar hadisə idi. Təbii ki, qəbul edilmiş qərarlar həyata keçiriləcək və təbii ki, təmaslar və səfərlər olacaq", Kopırkin qeyd edib.
Diplomat əlavə edib ki, 2024-cü ildə planlaşdırılan əlamətdar tədbirlərdə iştirak etmək üçün Rusiya tərəfdən erməni həmkarlarına bir sıra dəvətlər var.
"İndi hər şeyi sadalamayacağam, biz bu məsələ üzərində işləyirik. Təbii ki, bu cür mübadilələr, o cümlədən yüksək səviyyədə səfərlər gündəmdədir" - səfir bildirib.
Xatırladaq ki, 2024-cü il yanvarın 1-dən Ermənistan Avrasiya İqtisadi İttifaqının orqanlarına sədrliyi üzərinə götürüb. Ermənistan il boyu Ali Avrasiya İqtisadi Şurasına, Avrasiya Hökumətlərarası Şurasına və Avrasiya İqtisadi Komissiyasının Şurasına sədrlik edəcək.
Xəbər lenti
0