https://sputnik.az/20240119/rusiya-dovlet-dumasi-nato-nun-genismiqyasli-telimlerine-sert-reaksiya-verdi-462070835.html
Rusiya Dövlət Duması NATO-nun genişmiqyaslı təlimlərinə sərt reaksiya verdi
Rusiya Dövlət Duması NATO-nun genişmiqyaslı təlimlərinə sərt reaksiya verdi
Sputnik Azərbaycan
NATO gələn həftə "son onilliklərin ən böyük təlimi" olan "Steadfast Defender 2024" təliminə başlayacaq. 90 minə yaxın hərbçinin cəlb olunacağı təlimlər bir... 19.01.2024, Sputnik Azərbaycan
2024-01-19T22:45+0400
2024-01-19T22:45+0400
2024-01-19T22:45+0400
rusiya
nato
dövlət duması
rusiya federasiyası dövlət duması
rusiya dövlət duması
abş
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452169996_0:160:3072:1888_1920x0_80_0_0_2443bb23f51eb8888261345d4b2e4bd0.jpg
BAKI, 19 yanvar — Sputnik. NATO-nun qarşıdan gələn irimiqyaslı təlimləri bu hərbi-siyasi bloka daxil olan ölkələrin aqressiv xarakterinin təzahürü və Rusiya ilə müharibəyə hazırlığın nümayişidir. Bunu Dövlət Dumasının Krım regionundan deputatı, ehtiyatda olan general-mayor Leonid İvlev söyləyib. "Bu təlimlər NATO ölkələrinin, ilk növbədə ABŞ-ın aqressiv mahiyyətini və Rusiya ilə müharibəyə hazırlığı nümayiş etdirməklə yanaşı, başqa bir məqsəd daşıyır - rusiyalı seçiciləri qorxutmaq, səsvermə zamanı onların iradə ifadəsini təhrif etmək. Bu, birbaşa Rusiyanın daxili işlərinə qarışmaqdır. Ona görə də biz nəinki barıtınızı quru saxlamalı, həm də qarşıdan gələn seçkilərdə vətənpərvərlik və siyasi yetkinlik nümayiş etdirməliyik" - İvlev "RİA Novosti"yə bildirib. Onun fikrincə, yanvarın sonunda başlayacaq və may ayına qədər davam edəcək NATO-nun " Steadfast Defender 2024" təlimlərinin Rusiyada prezident seçkiləri kampaniyasına, ta ki, onun andiçmə mərasiminə qədər davam etməsi təsadüf deyil. Bundan əvvəl NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Kristofer Kavoli bildirmişdi ki, alyans gələn həftə "son onilliklərin ən böyük təlimi" olan "Steadfast Defender 2024" təliminə başlayacaq. 90 minə yaxın hərbçinin cəlb olunacağı təlimlər bir neçə ay davam edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452169996_171:0:2902:2048_1920x0_80_0_0_c695639ad9562b5c9b34fdf839dc2e57.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nato, dövlət duması, rusiya federasiyası dövlət duması, rusiya dövlət duması, abş
nato, dövlət duması, rusiya federasiyası dövlət duması, rusiya dövlət duması, abş
Rusiya Dövlət Duması NATO-nun genişmiqyaslı təlimlərinə sərt reaksiya verdi
NATO gələn həftə "son onilliklərin ən böyük təlimi" olan "Steadfast Defender 2024" təliminə başlayacaq. 90 minə yaxın hərbçinin cəlb olunacağı təlimlər bir neçə ay davam edəcək.
BAKI, 19 yanvar — Sputnik. NATO-nun qarşıdan gələn irimiqyaslı təlimləri bu hərbi-siyasi bloka daxil olan ölkələrin aqressiv xarakterinin təzahürü və Rusiya ilə müharibəyə hazırlığın nümayişidir.
Bunu Dövlət Dumasının Krım regionundan deputatı, ehtiyatda olan general-mayor Leonid İvlev söyləyib.
"Bu təlimlər NATO ölkələrinin, ilk növbədə ABŞ-ın aqressiv mahiyyətini və Rusiya ilə müharibəyə hazırlığı nümayiş etdirməklə yanaşı, başqa bir məqsəd daşıyır - rusiyalı seçiciləri qorxutmaq, səsvermə zamanı onların iradə ifadəsini təhrif etmək. Bu, birbaşa Rusiyanın daxili işlərinə qarışmaqdır. Ona görə də biz nəinki barıtınızı quru saxlamalı, həm də qarşıdan gələn seçkilərdə vətənpərvərlik və siyasi yetkinlik nümayiş etdirməliyik" - İvlev "RİA Novosti"yə bildirib.
Onun fikrincə, yanvarın sonunda başlayacaq və may ayına qədər davam edəcək NATO-nun " Steadfast Defender 2024" təlimlərinin Rusiyada prezident seçkiləri kampaniyasına, ta ki, onun andiçmə mərasiminə qədər davam etməsi təsadüf deyil.
Bundan əvvəl NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Kristofer Kavoli bildirmişdi ki, alyans gələn həftə "son onilliklərin ən böyük təlimi" olan "Steadfast Defender 2024" təliminə başlayacaq. 90 minə yaxın hərbçinin cəlb olunacağı təlimlər bir neçə ay davam edəcək.