Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Əcnəbi muzdlular Ukraynanın tərəfində döyüşür və bu, həmişə təsdiqlənir

© Sputnik / Сергей ГунеевRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, arxiv
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, arxiv - Sputnik Azərbaycan, 1920, 19.01.2024
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyi RF Silahlı Qüvvələrinin Xarkovda əksəriyyəti fransız muzdluları olan əcnəbi döyüşçülərin müvəqqəti yerləşdirilmə məntəqəsini məhv etdiyini bildirib.
BAKI, 19 yanvar — Sputnik. Ukraynanın tərəfində bir çox əcnəbi muzdlular vuruşur və bu, hər dəfə təsdiqlənir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Rusiya Müdafiə Nazirliyi bu yaxınlarda bildirib ki, RF Silahlı Qüvvələri yüksək dəqiqlikli zərbə ilə əksəriyyəti fransız muzdluları olan əcnəbi döyüşçülərin Xarkovda müvəqqəti yerləşdirilmə məntəqəsini məhv edib. Nazirlik 60-dan çox yaraqlının öldürüldüyünü qeyd edib.
"Orada diplomatlarımız vasitəsilə söhbət gedir. Ən yüksək səviyyədə söhbətin aparılması üçün heç bir təklif olmayıb. Biz Kiyev rejimi tərəfində çox sayda əcnəbi muzdluların döyüşdüyünü dəfələrlə bildirmişik və hər dəfəsində də bizim bəyanatımız təsdiqlənir" - Peskov jurnalistlərə Kremlin fransız muzdluları haqqında xəbəri necə qəbul etdiyini və iki ölkə liderləri arasında telefon danışığı ilə bağlı Fransa tərəfdən hər hansı təklifin olub-olmaması sualına cavab verib.
Xəbər lenti
0