Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Mərasimdəki qadınlar əyləşdikləri masalarla birgə 1-ci mərtəbəyə yıxılıblar - VİDEO

© Photo : Ministry of Emergency SituationsBakıda mərasim evinin tavanı çökdü
Bakıda mərasim evinin tavanı çökdü - Sputnik Azərbaycan, 1920, 19.01.2024
Abunə olmaq
Xöşbəxtlikdən, hadisədən bir neçə dəqiqə əvvəl 1-ci mərtəbədə olan şəxslər oranı tərk ediblərmiş.
BAKI, 19 yanvar — Sputnik. Bu gün saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evindəki bədbəxt hadisənin təfərrüatı məlum olub.
Sputnik Azərbaycan "Qafqazinfo" -a istinadən xəbər verir ki, hadisə vaxtı mərasim evinin ikinci mərtəbəsində yas mərasimi keçirilirmiş. Bu zaman ikinci mərtəbənin döşəməsi birinci mərtəbənin tavanı ilə birgə qəfil çöküb.
Nəticədə yuxarı mərtəbədəki mərasimdə iştirak edən qadınlar əyləşdikləri masalarla birgə birinci mərtəbəyə yıxılıblar. Bildirilir ki, hadisədən bir neçə dəqiqə əvvəl 1-ci mərtəbədə olan şəxslər oranı tərk ediblərmiş. Az sonra isə çökmə hadisəsi yaşanıb.
Qeyd edək ki, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfərə ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib. Onlar 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızıdır.
***
Yasamalda mərasim evində tavanın çökməsi nəticəsində 3 nəfərin xəsarət alması ilə bağlı araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, yanvarın 19-da saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evinin 2 mərtəbə arasındakı tavanının çökməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfər - 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızı ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib.
Hazırda hadisə yeri prokurorluq əməkdaşları tərəfindən müəyinə olunur. Fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bu gün günorta saatlarında Yasamalda mərasim evində tavan çöküb. Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində mərasim zalının tavanının uçması barədə ilkin məlumat daxil olub. FHN Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, ikimərtəbəli mərasim evinin 1-ci mərtəbəsinin tavanının uçduğu müəyyən olunub. Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı araşdırma aparılır.
***
Yasamalda mərasim evində tavan çöküb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, yanvarın 19-da saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində olan mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub. Hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan üç nəfər təxliyə edilib.
Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində mərasim zalının tavanının uçması barədə ilkin məlumat daxil olub. FHN Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, ikimərtəbəli mərasim evinin 1-ci mərtəbəsinin tavanının uçduğu müəyyən olunub. Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.Hadisə ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, buna bənzər hadisə ötən ilin noyabr ayında Bərdədə baş vermişdi. Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çökmüşdü. Hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınmışdı. Nəticədə 33 nəfər xəsarət almış, bir nəfər isə vəfat etmişdi.
Xəbər lenti
0