Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: Bağdadın tələblərinə baxmayaraq, ABŞ-ın İraqı tərk etməməsi təəssüf doğurur

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov, arxiv
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, arxiv - Sputnik Azərbaycan, 1920, 18.01.2024
Abunə olmaq
2020-ci il yanvarın 5-də İraq parlamenti səs çoxluğu ilə xarici qoşunların ölkədən çıxarılmasının, həmçinin ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyası ilə əməkdaşlıq formatına yenidən baxılmasının lehinə səs verib.
BAKI, 18 yanvar — Sputnik. Ümumi təhlükəsizlik vəziyyətindən təcrid olunmuş halda ABŞ-la strateji sabitlik üzrə dialoqun bərpasından danışmaq mümkün deyil. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.

"Birləşmiş Ştatlarla strateji dialoqun bərpası perspektivləri haqqında son zamanlar çox danışılıb, lakin bu perspektivlər barədə sahədəki ümumi vəziyyətdən ayrı ciddi danışmaq mümkün deyil" - Rusiya diplomatik xidmətinin rəhbəri bildirib.

"İraq parlamentinin xarici qüvvələrin çıxarılması ilə bağlı uzun müddətdir qəbul etdiyi qərara zidd olaraq, ABŞ ordusunun bu ölkədə olması üzücüdür" - Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
2020-ci il yanvarın 5-də İraq parlamenti səs çoxluğu ilə xarici qoşunların ölkədən çıxarılmasının, həmçinin ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyası ilə əməkdaşlıq formatına yenidən baxılmasının lehinə səs verib.
Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının nəticələri ilə bağlı mətbuat konfransında deyib:

"Amerikalılar tərk etmirlər. Bu yaxınlarda Bağdaddan amerikalıların oradan çıxmaq istəməməsi ilə bağlı fikirlər eşidildi. Çox təəssüf edirik" .

İraq siyasi qüvvələrinin İraqdan xarici hərbçilərin çıxarılması tələbi ABŞ-ın İraq ərazisindəki hərbi bazalarının şiə silahlıları tərəfindən atəşə tutulması fonunda getdikcə daha çox eşidilməyə başlayıb. Hücumlar İsrailin Fələstindəki hərəkətləri və bununla bağlı ABŞ-ın İraqdakı hədəflərə hücumları səbəbindən bölgədə vəziyyətin gərginləşməsi fonunda müntəzəm olaraq baş verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0