https://sputnik.az/20240118/bakida-prezident-seckilerinde-mdb-musahide-missiyasinin-isinin-teskili-muzakire-olunub-462064305.html
Bakıda prezident seçkilərində MDB müşahidə missiyasının işinin təşkili müzakirə olunub
Bakıda prezident seçkilərində MDB müşahidə missiyasının işinin təşkili müzakirə olunub
Sputnik Azərbaycan
Müşahidə zamanı prezidentliyə namizədlərin seçki qərargahları ilə görüşlərin keçirilməsi, bütün səviyyələrdə seçki komissiyalarına baş çəkilməsi nəzərdə... 18.01.2024, Sputnik Azərbaycan
2024-01-18T20:07+0400
2024-01-18T20:07+0400
2024-01-18T20:34+0400
rusiya
mdb
müşahidə
seçki
prezident
xin
https://cdnn1.img.sputnik.az/img/07e8/01/12/462063940_0:0:595:335_1920x0_80_0_0_200558dbcfebd17b615c9f66928f8ba2.jpg
BAKI, 18 yanvar - Sputnik. Bakıda MDB baş katibinin birinci müavini Leonid Anfimov və Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov arasında işgüzar görüş keçirilib. Bu barədə Rusiyanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.Bildirilir ki, tərəflər seçki kampaniyasının hazırlığı və keçirilməsi, MDB Müşahidəçilər Missiyasının fəaliyyətinin təşkili məsələlərini müzakirə ediblər.Leonid Anfimov qeyd edib ki, müşahidə zamanı prezidentliyə namizədlərin seçki qərargahları ilə görüşlərin keçirilməsi, bütün səviyyələrdə seçki komissiyalarına baş çəkilməsi nəzərdə tutulub.Öz növbəsində Elnur Məmmədov MDB-dən olan müşahidəçilərə seçki kampaniyası zamanı Azərbaycan Xarici İşlər Nazirliyinin qarşısında duran vəzifələrdən danışıb.“Nazirlik olaraq vəzifəmiz ilk növbədə seçki dövründə beynəlxalq müşahidəçilərin işini təşkil etmək və əlaqələndirməkdir. Bundan əlavə, biz xaricdəki diplomatik nümayəndəliklərimizdə səsvermə prosesini təşkil edəcəyik - 37 ölkədə 49 seçki məntəqəsi təşkil olunacaq. Bizim qarşıda duran digər vəzifəmiz seçki kampaniyasını işıqlandırmaq üçün xarici KİV nümayəndələrinin akkreditasiyasıdır” - Məmmədov vurğulayıb.Nazir müavini həmçinin Azərbaycan tərəfinin Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinin monitorinqi prosesində MDB Müşahidəçilər Missiyasına lazımi köməklik göstərməyə hazır olduğunu təsdiqləyib.Xatırladaq ki, Azərbaycanda keçiriləcək prezident seçkilərində MDB-dən olan müşahidəçilər missiyası işə başlayıb. Bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb."Azərbaycanın dəvəti ilə MDB müşahidəçilər missiyası 2024-cü il yanvarın 17-dən Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərinin hazırlanması və keçirilməsi prosesinin monitorinqinə başlayıb" - İcraiyyə Komitəsinin saytında dərc olunan məlumatda deyilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240118/mdb-musahideciler-missiyasi-azerbaycanda-ise-basladi---craiyye-komitesi-462039583.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/12/462063940_33:0:548:386_1920x0_80_0_0_7f9963270823888e5d326cbfab644b19.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mdb, müşahidə, seçki, prezident, xin
mdb, müşahidə, seçki, prezident, xin
Bakıda prezident seçkilərində MDB müşahidə missiyasının işinin təşkili müzakirə olunub
20:07 18.01.2024 (Yenilənib: 20:34 18.01.2024) Müşahidə zamanı prezidentliyə namizədlərin seçki qərargahları ilə görüşlərin keçirilməsi, bütün səviyyələrdə seçki komissiyalarına baş çəkilməsi nəzərdə tutulub.
BAKI, 18 yanvar - Sputnik. Bakıda MDB baş katibinin birinci müavini Leonid Anfimov və Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov arasında işgüzar görüş keçirilib. Bu barədə Rusiyanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Bildirilir ki, tərəflər seçki kampaniyasının hazırlığı və keçirilməsi, MDB Müşahidəçilər Missiyasının fəaliyyətinin təşkili məsələlərini müzakirə ediblər.
Leonid Anfimov qeyd edib ki, müşahidə zamanı prezidentliyə namizədlərin seçki qərargahları ilə görüşlərin keçirilməsi, bütün səviyyələrdə seçki komissiyalarına baş çəkilməsi nəzərdə tutulub.
“Seçki kampaniyasının hərtərəfli öyrənilməsi üçün Missiya Qərargahı seçki prosesinin pozulması ilə bağlı şikayətlərə baxılması səlahiyyətinə daxil olan dövlət orqanları ilə, daxil olmuş şikayətlər və onlara baxılmasının nəticələri barədə məlumat vermək xahişi ilə əlaqə saxlayacaq” - Anfimov bildirib.
Öz növbəsində Elnur Məmmədov MDB-dən olan müşahidəçilərə seçki kampaniyası zamanı Azərbaycan Xarici İşlər Nazirliyinin qarşısında duran vəzifələrdən danışıb.
“Nazirlik olaraq vəzifəmiz ilk növbədə seçki dövründə beynəlxalq müşahidəçilərin işini təşkil etmək və əlaqələndirməkdir. Bundan əlavə, biz xaricdəki diplomatik nümayəndəliklərimizdə səsvermə prosesini təşkil edəcəyik - 37 ölkədə 49 seçki məntəqəsi təşkil olunacaq. Bizim qarşıda duran digər vəzifəmiz seçki kampaniyasını işıqlandırmaq üçün xarici KİV nümayəndələrinin akkreditasiyasıdır” - Məmmədov vurğulayıb.
Nazir müavini həmçinin Azərbaycan tərəfinin Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinin monitorinqi prosesində MDB Müşahidəçilər Missiyasına lazımi köməklik göstərməyə hazır olduğunu təsdiqləyib.
Xatırladaq ki, Azərbaycanda keçiriləcək prezident seçkilərində MDB-dən olan müşahidəçilər missiyası işə başlayıb. Bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Azərbaycanın dəvəti ilə MDB müşahidəçilər missiyası 2024-cü il yanvarın 17-dən Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərinin hazırlanması və keçirilməsi prosesinin monitorinqinə başlayıb" - İcraiyyə Komitəsinin saytında dərc olunan məlumatda deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.