Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"3+3" əməkdaşlıq mexanizmi perspektivlidir - Lavrov

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov, arxiv
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, arxiv - Sputnik Azərbaycan, 1920, 18.01.2024
Abunə olmaq
Rusiya XİN rəhbəri deyir ki, Vaşinqtonun Brüsseldən olan həmkarları ilə birgə inkişaf etdirdiyi hegemonluğu qorumaq kimi geosiyasi oyunundan azaddır.
BAKI, 18 yanvar — Sputnik. Azərbaycan, Ermənistan və Gürcüstan və onların üç ən yaxın qonşusu – Rusiya, İran və Türkiyə ("3+3" formatı) arasında əməkdaşlıq mexanizmi perspektivlidir, çünki bu, qlobal siyasi vəziyyətdən asılı deyil.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.

"Biz təklif etdik ki, üç Cənubi Qafqaz ölkəsi, Ermənistan, Azərbaycan və Gürcüstan və onların üç ən yaxın böyük qonşusu - Rusiya, Türkiyə və İran arasında əməkdaşlıq mexanizmini daha fəal inkişaf etdirək. Bir neçə görüş keçirilib və nümayəndələr iştirak ediblər. Mənə elə gəlir ki, zamanla bu xüsusi format perspektivli olacaq, çünki o, heç bir qlobal geosiyasi vəziyyətdən asılı deyil. Vaşinqtonun Brüsseldən olan həmkarları ilə birgə inkişaf etdirdiyi hegemonluğu qorumaq kimi geosiyasi oyunundan azaddır" - Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 18.01.2024
SİYASƏT
Ermənistan və Azərbaycan arasında irəliləyişin olmaması İrəvanın mövqeyi ilə bağlıdır-XİN
Xəbər lenti
0