https://sputnik.az/20240117/zelenskinin-briqadasi-gelecekde-ukraynanin-movcudlugunu-sual-altinda-qoyub-462026029.html
Zelenskinin briqadası gələcəkdə Ukraynanın mövcudluğunu sual altında qoyub
Zelenskinin briqadası gələcəkdə Ukraynanın mövcudluğunu sual altında qoyub
Sputnik Azərbaycan
Diplomat vurğulayıb ki, Kiyev rejimi xalqını öz gələcəyini seçmək hüququndan məhrum edib. 17.01.2024, Sputnik Azərbaycan
2024-01-17T20:35+0400
2024-01-17T20:35+0400
2024-01-17T20:35+0400
mariya zaxarova
rusiya
vladimir zelenski
ukrayna
dmitri medvedev
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442988139_0:0:3105:1748_1920x0_80_0_0_569f6202c1b0a698c92daeadff399837.jpg
BAKI, 17 yanvar — Sputnik. Ukrayna Prezident Vladimir Zelenskinin komandası Ukraynanın və onun əhalisinin mövcudluğunu sual altında qoyub. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın 17-də keçirdiyi brifinqdə deyib. Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bir müddət əvvəl bildirib ki, Kiyev rejiminə Qərbdən göndərilən silahlar tükənəcəyi təqdirdə ukraynalılar Rusiya ordusu ilə kürəklərlə döyüşəcəklər, çünki Ukraynanın xəritədə mövcudluğu təhlükə altındadır. "Təəssüf ki, o, Ukraynanın mövcudluğunu konkret olaraq kimin təhlükəyə atdığını deməyib. Axı bunu edən onlardır, Zelenskinin başçılıq etdiyi Kiyev rejiminin bütün dəstəsidir. Məhz bu komanda - Zelenskinin briqadası Ukraynanın mövcudluğunu təhlükə altına alıb" - Zaxarova bildirib. Diplomat əlavə edib ki, Kiyev rejimi ilk növbədə Ukraynanın marionet hökuməti tərəfindən istənilən hüquqlardan məhrum etməklə öz taleyini müstəqil seçməli olan ukraynalıları təhlükə altına qoyub. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu yaxınlarda qeyd edib ki, Ukraynanın mövcudluğu ölkədəki siyasi sistemdən asılı olmayaraq ukraynalılar üçün təhlükəlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442988139_0:0:2731:2048_1920x0_80_0_0_44d8bf3aa9f4c63efa133bb3ce5aad5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, vladimir zelenski, ukrayna, dmitri medvedev
mariya zaxarova, vladimir zelenski, ukrayna, dmitri medvedev
Zelenskinin briqadası gələcəkdə Ukraynanın mövcudluğunu sual altında qoyub
Diplomat vurğulayıb ki, Kiyev rejimi xalqını öz gələcəyini seçmək hüququndan məhrum edib.
BAKI, 17 yanvar — Sputnik. Ukrayna Prezident Vladimir Zelenskinin komandası Ukraynanın və onun əhalisinin mövcudluğunu sual altında qoyub. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın 17-də keçirdiyi brifinqdə deyib.
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bir müddət əvvəl bildirib ki, Kiyev rejiminə Qərbdən göndərilən silahlar tükənəcəyi təqdirdə ukraynalılar Rusiya ordusu ilə kürəklərlə döyüşəcəklər, çünki Ukraynanın xəritədə mövcudluğu təhlükə altındadır.
"Təəssüf ki, o, Ukraynanın mövcudluğunu konkret olaraq kimin təhlükəyə atdığını deməyib. Axı bunu edən onlardır, Zelenskinin başçılıq etdiyi Kiyev rejiminin bütün dəstəsidir. Məhz bu komanda - Zelenskinin briqadası Ukraynanın mövcudluğunu təhlükə altına alıb" - Zaxarova bildirib.
Diplomat əlavə edib ki, Kiyev rejimi ilk növbədə Ukraynanın marionet hökuməti tərəfindən istənilən hüquqlardan məhrum etməklə öz taleyini müstəqil seçməli olan ukraynalıları təhlükə altına qoyub.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu yaxınlarda qeyd edib ki, Ukraynanın mövcudluğu ölkədəki siyasi sistemdən asılı olmayaraq ukraynalılar üçün təhlükəlidir.