https://sputnik.az/20240117/ukrayna-ile-yeni-munaqisenin-bas-verme-ehtimali-yuz-faizdir---medvedev-462015674.html
Ukrayna ilə yeni münaqişənin baş vermə ehtimalı yüz faizdir - Medvedev
Ukrayna ilə yeni münaqişənin baş vermə ehtimalı yüz faizdir - Medvedev
Sputnik Azərbaycan
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirir ki, nə Ukraynanın Aİ ilə birləşməsi, nə də bu süni ölkənin NATO-ya daxil olması buna mane ola bilməz. 17.01.2024, Sputnik Azərbaycan
2024-01-17T15:35+0400
2024-01-17T15:35+0400
2024-01-17T15:35+0400
dmitri medvedev
rusiya
donbas
ukrayna
kiyev
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813323_0:0:2199:1237_1920x0_80_0_0_e79bf53ffd3c2b99b1458d1085a1847d.jpg
BAKI, 17 yanvar — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev əmindir ki, Kiyevdə kimin hakimiyyətdə olmasından və bu ölkənin kiminlə koalisiyaya girməsindən asılı olmayaraq, Ukrayna ilə yeni münaqişənin baş vermə ehtimalı yüz faizdir. O, bu fikri öz Telegram kanalında bildirib və Ukrayna hakimiyyətinin öz vətəndaşları üçün niyə təhlükəli olduğunu ətraflı izah edib. "Qərbin kukla Kiyev rejimi ilə hansı təhlükəsizlik sənədləri imzalamasından asılı olmayaraq, yeni münaqişənin baş verməsinə 100% ehtimal var. Nə Ukraynanın Aİ ilə birləşməsi, nə də bu süni ölkənin NATO-ya daxil olması buna mane ola bilməz. Bu on və ya əlli ildən sonra baş verə bilər", - siyasətçi yazıb. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813323_35:0:2026:1493_1920x0_80_0_0_a91ae702c7fa3bdd2562454de3ee0d85.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri medvedev, donbas, ukrayna, kiyev, abş
dmitri medvedev, donbas, ukrayna, kiyev, abş
Ukrayna ilə yeni münaqişənin baş vermə ehtimalı yüz faizdir - Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirir ki, nə Ukraynanın Aİ ilə birləşməsi, nə də bu süni ölkənin NATO-ya daxil olması buna mane ola bilməz.
BAKI, 17 yanvar — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev əmindir ki, Kiyevdə kimin hakimiyyətdə olmasından və bu ölkənin kiminlə koalisiyaya girməsindən asılı olmayaraq, Ukrayna ilə yeni münaqişənin baş vermə ehtimalı yüz faizdir.
O, bu fikri öz Telegram kanalında bildirib və Ukrayna hakimiyyətinin öz vətəndaşları üçün niyə təhlükəli olduğunu ətraflı izah edib.
"Qərbin kukla Kiyev rejimi ilə hansı təhlükəsizlik sənədləri imzalamasından asılı olmayaraq, yeni münaqişənin baş verməsinə 100% ehtimal var. Nə Ukraynanın Aİ ilə birləşməsi, nə də bu süni ölkənin NATO-ya daxil olması buna mane ola bilməz. Bu on və ya əlli ildən sonra baş verə bilər", - siyasətçi yazıb.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.