Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın qələbəsi Makronun və ya başqasının icazəsindən asılı deyil

© Sputnik / Максим Богодвид / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  - Sputnik Azərbaycan, 1920, 17.01.2024
Abunə olmaq
Rusiya XİN-in nümayəndəsi Fransa liderinin "Rusiyanın qalib gəlməsinə imkan vermək, beynəlxalq nizamın müəyyən edilmiş qaydalarına artıq əməl olunmayacağı riskinə məruz qalmaq deməkdir" bəyanatını şərh edib.
BAKI, 17 yanvar — Sputnik. Rusiyanın Ukrayna ilə münaqişədə qələbəsi Fransa Prezidenti Emmanuel Makron və ya başqasının icazəsindən asılı deyil. Ölkə dediyini edəcək.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa liderinin "Rusiyanın qalib gəlməsinə imkan vermək, beynəlxalq nizamın müəyyən edilmiş qaydalarına artıq əməl olunmayacağı riskinə məruz qalmaq deməkdir" bəyanatını şərh edərkən deyib.
"Əgər Makronda qeyd olunan "qaydaların" surəti varsa, zəhmət olmasa, onları paylaşsın" - Zaxarova özünün "Telegram" kanalında qeyd edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Ukrayna üzrə sülh danışıqlarından söhbət açaraq bildirib ki, onların baş tutması üçün Qərb Kiyev rejiminə silah tədarükünü dayandırmalıdır.
Xəbər lenti
0