https://sputnik.az/20240117/rusiya-uc-illik-taxil-ixraci-rekordunu-yenileyib-462014402.html
Rusiya üç illik taxıl ixracı rekordunu yeniləyib
Rusiya üç illik taxıl ixracı rekordunu yeniləyib
Sputnik Azərbaycan
Buğda ixracının həcmi 27,6 milyon ton qiymətləndirilib ki, bu da üç il əvvəlki rekorddan 3,8% çoxdur. 17.01.2024, Sputnik Azərbaycan
2024-01-17T13:50+0400
2024-01-17T13:50+0400
2024-01-17T14:27+0400
taxıl
rusiya
pakistan
banqladeş
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458546711_0:203:2921:1846_1920x0_80_0_0_672acaed1bd53f2ad4508396f73bfb5f.jpg
BAKI, 17 yanvar — Sputnik. Ötən il iyulun 1-dən dekabrın 31-dək Rusiya taxıl və paxlalı bitkilərin ixracı üzrə rekordu yeniləyib. "RİA Novosti" bu barədə "Rusaqrotrans" SC-nin analitik mərkəzinə istinadən xəbər verib. Söhbət ötən il iyulun 1-dən dekabrın 31-dək olan müddətdən gedir. Ekspertlər qeyd ediblər ki, həmin dövrdə taxıl ixracı, təxminən 39 milyon ton təşkil edib ki, bu da əvvəlki maksimum göstəricidən, yəni 2020-2021-ci illər mövsümündəki 32,7 milyon tondan 19% çoxdur. Buğda ixracının həcmi 27,6 milyon ton qiymətləndirilib ki, bu da üç il əvvəlki rekorddan 3,8% çoxdur. Bundan əlavə, dekabrın əvvəlində Rusiya tərəfindən ixracına qadağa qoyduğu bərk buğda ixracının həcmi bütün ötən mövsüm üçün 200 min tona qarşı dekabrda 720 min tona çatıb. Analitik mərkəz əlavə edib ki, Rusiya buğdasının ilk beş idxalçısı siyahısına Türkiyə, Misir, Banqladeş, Əlcəzair və Pakistan daxildir. Daha əvvəl bildirilmişdi ki, Rusiya Federasiyası 2023-cü ildə bir il əvvəllə müqayisədə 66% çox donuz əti və donuz əti əlavə edilmiş məhsullar ixrac edib ki, bu da rekord göstəricidir. Belə ki, son bir ildə Rusiya bu məhsulların 255 min tonunu xarici bazarlara çıxarıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458546711_95:0:2826:2048_1920x0_80_0_0_65d700749f48193677fe7375c75fd389.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
taxıl, pakistan, banqladeş
taxıl, pakistan, banqladeş
Rusiya üç illik taxıl ixracı rekordunu yeniləyib
13:50 17.01.2024 (Yenilənib: 14:27 17.01.2024) Buğda ixracının həcmi 27,6 milyon ton qiymətləndirilib ki, bu da üç il əvvəlki rekorddan 3,8% çoxdur.
BAKI, 17 yanvar — Sputnik. Ötən il iyulun 1-dən dekabrın 31-dək Rusiya taxıl və paxlalı bitkilərin ixracı üzrə rekordu yeniləyib.
"RİA Novosti" bu barədə "Rusaqrotrans" SC-nin analitik mərkəzinə istinadən xəbər verib.
Söhbət ötən il iyulun 1-dən dekabrın 31-dək olan müddətdən gedir. Ekspertlər qeyd ediblər ki, həmin dövrdə taxıl ixracı, təxminən 39 milyon ton təşkil edib ki, bu da əvvəlki maksimum göstəricidən, yəni 2020-2021-ci illər mövsümündəki 32,7 milyon tondan 19% çoxdur.
Buğda ixracının həcmi 27,6 milyon ton qiymətləndirilib ki, bu da üç il əvvəlki rekorddan 3,8% çoxdur.
Bundan əlavə, dekabrın əvvəlində Rusiya tərəfindən ixracına qadağa qoyduğu bərk buğda ixracının həcmi bütün ötən mövsüm üçün 200 min tona qarşı dekabrda 720 min tona çatıb. Analitik mərkəz əlavə edib ki, Rusiya buğdasının ilk beş idxalçısı siyahısına Türkiyə, Misir, Banqladeş, Əlcəzair və Pakistan daxildir.
Daha əvvəl bildirilmişdi ki, Rusiya Federasiyası 2023-cü ildə bir il əvvəllə müqayisədə 66% çox donuz əti və donuz əti əlavə edilmiş məhsullar ixrac edib ki, bu da rekord göstəricidir. Belə ki, son bir ildə Rusiya bu məhsulların 255 min tonunu xarici bazarlara çıxarıb.