https://sputnik.az/20240117/bmt-ts-nin-ukraynadaki-veziyyetle-bagli-iclasinda-rusiyani-lavrov-temsil-edecek-462018885.html
BMT TŞ-nin Ukraynadakı vəziyyətlə bağlı iclasında Rusiyanı Lavrov təmsil edəcək
BMT TŞ-nin Ukraynadakı vəziyyətlə bağlı iclasında Rusiyanı Lavrov təmsil edəcək
Sputnik Azərbaycan
Rusiya XİN sözçüsü bildirir ki, Yaxın Şərq mövzuları üzrə debatda Fələstin-İsrail münaqişəsi zonasında mövcud genişmiqyaslı böhrandan çıxış yollarının... 17.01.2024, Sputnik Azərbaycan
2024-01-17T23:34+0400
2024-01-17T23:34+0400
2024-01-17T23:34+0400
sergey lavrov
rusiya
bmt
mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e6/09/18/446658260_0:161:3071:1888_1920x0_80_0_0_495320435eaebd46bcae153967e8d264.jpg
BAKI, 17 yanvar — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 22-24-də BMT Təhlükəsizlik Şurasının açıq müzakirələrində iştirak edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. "Yanvarın 22-dən 24-dək Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi üzrə rüblük açıq debatlarında, habelə Ukrayna üzrə iclasda iştirak etməyi planlaşdırır" - Zaxarova bildirib. Onun sözlərinə görə, Yaxın Şərq mövzuları üzrə debatda Fələstin-İsrail münaqişəsi zonasında mövcud genişmiqyaslı böhrandan çıxış yollarının müzakirəsinin davam etdirilməsi gözlənilir. "Ukrayna məsələlərinin müzakirəsinə gəlincə, biz bunu BMT-nin yüksək platformasında Rusiyanın mövqeyini, o cümlədən Rusiyanın qanuni maraqlarını nəzərə almaqla böhranın siyasi və diplomatik yolla həlli ilə bağlı təhlükəsizlik sahəsində mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırmaq üçün yaxşı fürsət hesab edirik", RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/18/446658260_170:0:2901:2048_1920x0_80_0_0_7b1bf7e0612c06827a2795aec5d55b6e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lavrov, bmt, mariya zaxarova
sergey lavrov, bmt, mariya zaxarova
BMT TŞ-nin Ukraynadakı vəziyyətlə bağlı iclasında Rusiyanı Lavrov təmsil edəcək
Rusiya XİN sözçüsü bildirir ki, Yaxın Şərq mövzuları üzrə debatda Fələstin-İsrail münaqişəsi zonasında mövcud genişmiqyaslı böhrandan çıxış yollarının müzakirəsinin davam etdirilməsi gözlənilir.
BAKI, 17 yanvar — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 22-24-də BMT Təhlükəsizlik Şurasının açıq müzakirələrində iştirak edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Yanvarın 22-dən 24-dək Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi üzrə rüblük açıq debatlarında, habelə Ukrayna üzrə iclasda iştirak etməyi planlaşdırır" - Zaxarova bildirib.
Onun sözlərinə görə, Yaxın Şərq mövzuları üzrə debatda Fələstin-İsrail münaqişəsi zonasında mövcud genişmiqyaslı böhrandan çıxış yollarının müzakirəsinin davam etdirilməsi gözlənilir.
"Ukrayna məsələlərinin müzakirəsinə gəlincə, biz bunu BMT-nin yüksək platformasında Rusiyanın mövqeyini, o cümlədən Rusiyanın qanuni maraqlarını nəzərə almaqla böhranın siyasi və diplomatik yolla həlli ilə bağlı təhlükəsizlik sahəsində mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırmaq üçün yaxşı fürsət hesab edirik", RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib.