https://sputnik.az/20240117/baki-kendlerinde-sariliq-yayilib-arasdirmaya-baslandi-461976636.html
Bakının 2 qəsəbəsində hepatit virusu yayılıb - GEM
Bakının 2 qəsəbəsində hepatit virusu yayılıb - GEM
Sputnik Azərbaycan
Profilaktik tədbir olaraq su şəbəkəsində qalıq xlorun müvəqqəti yüksəlməsi ilə bağlı Əmircan və Bülbülə qəsəbələrini qidalandıran +54 Ramana mərkəzi su... 17.01.2024, Sputnik Azərbaycan
2024-01-17T19:05+0400
2024-01-17T19:05+0400
2024-01-17T18:54+0400
kənd
paytaxt xəbərləri
"hepatit a" epidemiyası
bakı
uşaq
suraxanı
bülbülə
əmircan qəsəbəsi
bələdiyyə
su
https://cdnn1.img.sputnik.az/img/42363/52/423635246_0:0:1920:1080_1920x0_80_0_0_8f5246c9e14aebfbebbfe45f8c2c55ef.jpg
BAKI, 17 yanvar — Sputnik. Bakı şəhəri, Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında 2023-cü ilin dekabr ayından başlayaraq yoluxucu Hepatit “A” virusu xəstəliyi yayılıb.Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.Bildirilib ki, xəstəliyin yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir:"Aparılan profilaktik tədbirlər ilə əlaqədar “Azərsu” ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçirilir. Profilaktik tədbir olaraq su şəbəkəsində qalıq xlorun müvəqqəti yüksəlməsi ilə bağlı Əmircan və Bülbülə qəsəbələrini qidalandıran +54 Ramana mərkəzi su anbarının ərazisində 1 ədəd xlor tərkibli reagent dozalayıcı nasos quraşdırılıb. Eyni zamanda, “Azərsu” ASC-nin Suraxanı rayon Sukanal idarəsinin mütəxəssisləri rayon GEM-nin əməkdaşları ilə birgə fərdi yaşayış evlərində yerləşən ehtiyat su çənlərinin yuyulub dezinfeksiya edilməsi ilə bağlı tədbirlər həyata keçirilib" - məlumatda vurğulanıb.16.01.24, 09:18Bakı kəndlərində sarılıq yayılıb? Araşdırmaya başlandıBakının Sabunçu rayonunda əhali arasında, xüsusilə uşaqlarda sarılıq xəstəliyinə (Hepatit A) yoluxma ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Xəbərlərə görə, Əmircan və Bülbülə qəsəbəsində sakinlər arasında Hepatit A virusuna yoluxma halları var. Sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, yoluxanların çoxu Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasındadırlar. Xəstəxanadan Sputnik Azərbaycan-a bildiriblər ki, Bakı kəndlərindən sarılığa yoluxma ilə bağlı bir müddət əvvəl müraciətlər çox olsa da, hazırda qismən səngimə var.Xəstəxandan yoluxanların çoxunun "qaraçılar" kimi tanınan köçəri tayfa nümayəndələri olduğu da bildirilib. O da bildirlib ki, sarılığa yoluxan uşaqlar arasında sığınacaqlarda məskunlaşan uşaqlar da olub.Sakinlər Sputnik Azərbaycan-a onu da bildiriblər ki, sarılıq xəstəliyinin Bakıətrafı kəndlərə verilən içməli sudan yayılma ehtimalı var. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrində aşkarlanan hepatit A virusu ilə bağlı müvafiq araşdırmalar aparılıb. Məktəblərdə və yerlərdə dezinfeksiya tədbirləri həyata keçirilir. Hazırda bu istiqamətdə "Azərsu" ASC ilə birlikdə araşdırmalar davam edir. Suraxanı rayon icra hakimiyyətinə də, yerli bələdiyyə orqanlarına da müvafiq tapşırıqlar verib. Bülbülə Qəsəbə Bələdiyyə sədri Natiq Həsənov Sputnik Azərbaycan-a bildirib ki, qəsəbədə uşaqlar arasında sarılıq xəstələyi qeydə alındıqdan sonra ərazidəki yeraltı və yerüstü su çənləri boşaldılaraq dezinfeksiya olunub. Əmircan Qəsəbə Bələdiyyəsinin sədri Cəmilə Ağayeva isə ərazidə sarılığa yoluxma faktı, hansı tədbirlərin görüldüyü barədə məlumat verməkdən boyun qaçıraraq KİV-ə açıqlama vermədiyini bildirib.Xatırladaq ki, ötən ilin noyabr ayında Mingəçevir və Yevlaxda uşaqlar arasında sarılıq xəstəliyi yayılmışdı.Qeyd edək ki, "Hepatit A" (xalq arasında "sarılıq") virusu ən çox çirkli sulardan keçir. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da "Hepatit A" virusuna yoluxma riski daha çoxdur."Hepatit A" xəstəliyinin simptomları solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42363/52/423635246_115:0:1818:1277_1920x0_80_0_0_5c68b13e7595fcb689cc91bc9163e129.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
kənd, "hepatit a" epidemiyası, bakı, uşaq, suraxanı, bülbülə, əmircan qəsəbəsi, bələdiyyə, su, dezinfeksiya
kənd, "hepatit a" epidemiyası, bakı, uşaq, suraxanı, bülbülə, əmircan qəsəbəsi, bələdiyyə, su, dezinfeksiya
Bakının 2 qəsəbəsində hepatit virusu yayılıb - GEM
Profilaktik tədbir olaraq su şəbəkəsində qalıq xlorun müvəqqəti yüksəlməsi ilə bağlı Əmircan və Bülbülə qəsəbələrini qidalandıran +54 Ramana mərkəzi su anbarının ərazisində 1 ədəd xlor tərkibli reagent dozalayıcı nasos quraşdırılıb.
BAKI, 17 yanvar — Sputnik. Bakı şəhəri, Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında 2023-cü ilin dekabr ayından başlayaraq yoluxucu Hepatit “A” virusu xəstəliyi yayılıb.
Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, xəstəliyin yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir:
"Aparılan profilaktik tədbirlər ilə əlaqədar “Azərsu” ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçirilir. Profilaktik tədbir olaraq su şəbəkəsində qalıq xlorun müvəqqəti yüksəlməsi ilə bağlı Əmircan və Bülbülə qəsəbələrini qidalandıran +54 Ramana mərkəzi su anbarının ərazisində 1 ədəd xlor tərkibli reagent dozalayıcı nasos quraşdırılıb. Eyni zamanda, “Azərsu” ASC-nin Suraxanı rayon Sukanal idarəsinin mütəxəssisləri rayon GEM-nin əməkdaşları ilə birgə fərdi yaşayış evlərində yerləşən ehtiyat su çənlərinin yuyulub dezinfeksiya edilməsi ilə bağlı tədbirlər həyata keçirilib" - məlumatda vurğulanıb.
Bakı kəndlərində sarılıq yayılıb? Araşdırmaya başlandı
Bakının Sabunçu rayonunda əhali arasında, xüsusilə uşaqlarda sarılıq xəstəliyinə (Hepatit A) yoluxma ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Xəbərlərə görə, Əmircan və Bülbülə qəsəbəsində sakinlər arasında Hepatit A virusuna yoluxma halları var. Sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, yoluxanların çoxu Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasındadırlar.
Xəstəxanadan Sputnik Azərbaycan-a bildiriblər ki, Bakı kəndlərindən sarılığa yoluxma ilə bağlı bir müddət əvvəl müraciətlər çox olsa da, hazırda qismən səngimə var.
Xəstəxandan yoluxanların çoxunun "qaraçılar" kimi tanınan köçəri tayfa nümayəndələri olduğu da bildirilib. O da bildirlib ki, sarılığa yoluxan uşaqlar arasında sığınacaqlarda məskunlaşan uşaqlar da olub.
Sakinlər Sputnik Azərbaycan-a onu da bildiriblər ki, sarılıq xəstəliyinin Bakıətrafı kəndlərə verilən içməli sudan yayılma ehtimalı var.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrində aşkarlanan hepatit A virusu ilə bağlı müvafiq araşdırmalar aparılıb. Məktəblərdə və yerlərdə dezinfeksiya tədbirləri həyata keçirilir. Hazırda bu istiqamətdə "Azərsu" ASC ilə birlikdə araşdırmalar davam edir. Suraxanı rayon icra hakimiyyətinə də, yerli bələdiyyə orqanlarına da müvafiq tapşırıqlar verib.
Bülbülə Qəsəbə Bələdiyyə sədri Natiq Həsənov Sputnik Azərbaycan-a bildirib ki, qəsəbədə uşaqlar arasında sarılıq xəstələyi qeydə alındıqdan sonra ərazidəki yeraltı və yerüstü su çənləri boşaldılaraq dezinfeksiya olunub.
"Ərazidə yaşayan insanlara da xəbərdarlıq edilib ki, çiy su içməsinlər. Analizlər götürülərək yoxlanılması üşün göndərilib. Ehtimal olunur ki, yoluxma heç sudan yox, məktəbdə ayaqyolundan yayılıb", - deyə bələdiyyə sədri bildirib.
Əmircan Qəsəbə Bələdiyyəsinin sədri Cəmilə Ağayeva isə ərazidə sarılığa yoluxma faktı, hansı tədbirlərin görüldüyü barədə məlumat verməkdən boyun qaçıraraq KİV-ə açıqlama vermədiyini bildirib.
Xatırladaq ki, ötən ilin noyabr ayında Mingəçevir və Yevlaxda uşaqlar arasında sarılıq xəstəliyi yayılmışdı.
Qeyd edək ki, "Hepatit A" (xalq arasında "sarılıq") virusu ən çox çirkli sulardan keçir. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da "Hepatit A" virusuna yoluxma riski daha çoxdur.
"Hepatit A" xəstəliyinin simptomları solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.