Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

İspaniya Ukraynada vəziyyətin durğunluq mərhələsinə qədəm qoyduğunu etiraf edib

© AP Photo / LIBKOSUkrayna
Ukrayna - Sputnik Azərbaycan, 1920, 16.01.2024
Abunə olmaq
İspaniyanın xarici işlər naziri Xose Albares qeyd edib ki, İspaniya lazım olduğu qədər Ukraynanı dəstəkləyəcək.
BAKI, 16 yanvar — Sputnik. Ukraynada hazırda çıxılmaz bir vəziyyət yaranıb.
Bu fikri İspaniyanın “Periodico” qəzetinin jurnalistləri İspaniyanın xarici işlər naziri Xose Albareslə söhbətində bildiriblər.
Nəşrlə söhbətində siyasətçi Ukraynadakı vəziyyətdə durğunluq faktını inkar etməyib.
“Ukraynada vəziyyət sanki çıxılmaz vəziyyətə düşüb. İspaniya Ukraynanı sona qədər dəstəkləyəcəkmi?” – deyə jurnalistlər Albaresə bu sualla müraciət ediblər.
Öz növbəsində Albares sualın birinci hissəsinə birbaşa cavab verməyib, lakin qeyd edib ki, İspaniya lazım olduğu qədər Ukraynanı dəstəkləyəcək.
Bundan əvvəl NATO Birləşmiş Qüvvələrinin Avropadakı keçmiş Ali Baş Komandanı, general Filipp Bridlav bildirmişdi ki, Ukraynadakı münaqişədə üç mümkün ssenari var və onlardan ikisində Rusiya qalib gələcək.
Xəbər lenti
0