https://sputnik.az/20240116/bakida-neftle-cirklenmis-erazilerde-yasayanlara-sad-xeber-461993809.html
Bakıda neftlə çirklənmiş ərazilərdə yaşayanlara şad xəbər
Bakıda neftlə çirklənmiş ərazilərdə yaşayanlara şad xəbər
Sputnik Azərbaycan
Bakının inkişafı gələcəkdə dövlət və özəl sektorun birgə tərəfdaşlığı çərçivəsində davam edəcək 16.01.2024, Sputnik Azərbaycan
2024-01-16T14:13+0400
2024-01-16T14:13+0400
2024-01-16T14:46+0400
neft
paytaxt xəbərləri
dövlət şəhərsalma və arxitektura komitəsi
dövlət şəhərsalma və arxitektura komitəsi
https://cdnn1.img.sputnik.az/img/40377/99/403779903_0:0:2439:1372_1920x0_80_0_0_a3800ae5ebd37395c854f73cd56aee26.jpg
BAKI, 16 yanvar — Sputnik. Bakıda neft sənayesinin çirkləndirdiyi ərazilər təmizlənəcək və ora yenidən həyat qayıdacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. "Paytaxtda su hövzələri yaradılacaq, şəhərin gələcək təmizliyi nəzərə alınacaq. Baş plana əsasən Bakının sənaye şəhəri deyil, insan yönümlü şəhər olmasına doğru addımlar atılacaq. Bakının inkişafı gələcəkdə dövlət və özəl sektorun birgə tərəfdaşlığı çərçivəsində davam edəcək", - deyə o qeyd edib. O bildirib ki, Bakının mərkəzində yalnız yüngül sənaye sahələri qalacaq. Anar Quliyevin sözlərinə görə, Baş planla nəzərdə tutulan əsas islahat kompleks yanaşmadır: "Artıq yanaşmalar nöqtəvi yox, kompleks olacaq. Bu da şəhərdə müvafiq istirahət yerlərinin, yaşıllıqların planlaşdırılmasına zəmin yaradır". Komitə sədri məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların aqibətindən də danışıb: "Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların bəziləri, təəssüf ki, qəzalı vəziyyətə çox yaxındır. Onların Qarabağa köçürülməsi prosesi müvafiq qaydada davam etdirilir. Onlar köçürüldükdən sonra o binaların da digər qəzalı binalar kimi yenidən qurulması nəzərdə tutulur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40377/99/403779903_0:0:1829:1372_1920x0_80_0_0_81745ad85027154ecc952e88875ca411.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neft, dövlət şəhərsalma və arxitektura komitəsi, dövlət şəhərsalma və arxitektura komitəsi
neft, dövlət şəhərsalma və arxitektura komitəsi, dövlət şəhərsalma və arxitektura komitəsi
Bakıda neftlə çirklənmiş ərazilərdə yaşayanlara şad xəbər
14:13 16.01.2024 (Yenilənib: 14:46 16.01.2024) Bakının inkişafı gələcəkdə dövlət və özəl sektorun birgə tərəfdaşlığı çərçivəsində davam edəcək
BAKI, 16 yanvar — Sputnik. Bakıda neft sənayesinin çirkləndirdiyi ərazilər təmizlənəcək və ora yenidən həyat qayıdacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
"Paytaxtda su hövzələri yaradılacaq, şəhərin gələcək təmizliyi nəzərə alınacaq. Baş plana əsasən Bakının sənaye şəhəri deyil, insan yönümlü şəhər olmasına doğru addımlar atılacaq. Bakının inkişafı gələcəkdə dövlət və özəl sektorun birgə tərəfdaşlığı çərçivəsində davam edəcək", - deyə o qeyd edib.
O bildirib ki, Bakının mərkəzində yalnız yüngül sənaye sahələri qalacaq. Anar Quliyevin sözlərinə görə, Baş planla nəzərdə tutulan əsas islahat kompleks yanaşmadır:
"Artıq yanaşmalar nöqtəvi yox, kompleks olacaq. Bu da şəhərdə müvafiq istirahət yerlərinin, yaşıllıqların planlaşdırılmasına zəmin yaradır".
Komitə sədri məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların aqibətindən də danışıb:
"Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların bəziləri, təəssüf ki, qəzalı vəziyyətə çox yaxındır. Onların Qarabağa köçürülməsi prosesi müvafiq qaydada davam etdirilir. Onlar köçürüldükdən sonra o binaların da digər qəzalı binalar kimi yenidən qurulması nəzərdə tutulur".