Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: Qərb sülh danışıqları üçün Ukraynanı silahlandırmağı dayandırmalıdır

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Abunə olmaq
Rusiya XİN rəsmisi bildirib ki, əgər söhbət ayrı-ayrı ölkələrin Vaşinqtonun onları sürüklədiyi çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq istəyindən gedirsə, bu, ayrı bir söhbətdir.
BAKI, 15 yanvar — Sputnik. Əgər Qərb ölkələri Rusiyanın iştirakı ilə Ukrayna üzrə danışıqlara başlamaq niyyətindədirlərsə, onlar Kiyevə silah tədarükünü dayandırmalıdırlar.
Bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Əgər söhbət ayrı-ayrı ölkələrin Vaşinqtonun onları sürüklədiyi çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq istəyindən gedirsə, bu, ayrı bir söhbətdir”, - deyə o, “İzvestiya”ya müsahibəsində söyləyib.

Zaxarovanın sözlərinə görə, ölkələr Kiyev rejiminə silah ötürməyi, Rusiyaya qarşı sanksiyaları qəbul etməyi və rusofob bəyanatlar verməyi dayandırmalıdırlar.
Beləliklə, o, Davosda keçirilən mətbuat konfransında Rusiya Federasiyasının Ukraynada sülh danışıqlarına cəlb edilməsinin zəruriliyi barədə danışan İsveçrə Xarici İşlər Nazirliyinin rəhbəri İqnazio Kassisin sözlərinə münasibət bildirib.

“Lakin Qərb bu cür təşəbbüslərlə Rusiyanın Ukraynadakı böhran ilə bağlı prinsipial yanaşmalarına təsir göstərmək üçün Moskvanı öz şərtləri ilə “bir növ psixi prosesə” cəlb etməyə çalışa bilər”, - deyə Zaxarova istisna etməyib.

"Biz bu tələyə düşməyəcəyik", - deyə diplomat sözünə davam edib.
Xatırladaq ki, yanvarın 14-də İsveçrənin Davos şəhərində milli təhlükəsizlik müşavirlərinin görüşü keçirilib. Görüşdə Ukrayna “sülh formulası” müzakirə olunub. İsveçrənin xarici işlər naziri İqnazio Kassis bildirib ki, Rusiya danışıqlar prosesində iştirak etməlidir, əks halda, sülh əldə edilə bilməz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0