Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Davosda Zelenskinin sülh düsturunun müzakirələri perspektivsizdir

© Sputnik / Кристина Кормилицына / Mediabanka keçidKremlin sözçüsü Dmitri Peskov, arxiv şəkli
Kremlin sözçüsü Dmitri Peskov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Abunə olmaq
Rusiyanın mövqeyi münaqişənin sülh və diplomatik yolla həllinin tərəfdarı olan Prezident Vladimir Putin tərəfindən dəfələrlə təsdiqlənib.
BAKI, 15 yanvar — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin Davosdakı sülh düsturunun müzakirələri konkret nəticəyə səbəb olmayacaq, çünki Rusiya bu müzakirələrdə iştirak etmir. Bu müzakirələr “söhbət etməkdən ötrü söhbətdir”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, Rusiya Ukrayna ilə dialoqa hazırdır, lakin Kiyevin özü özü üçün Moskva ilə danışıqlara qadağa qoymasını rəsmiləşdirib.

"Vəziyyətin absurdluğunu ən yaxşı bu qadağanı xatırlamaqla başa düşmək olar", - deyə mətbuat katibi qeyd edib.

O, əlavə edib ki, Rusiyanın mövqeyi münaqişənin sülh və diplomatik yolla həllinin tərəfdarı olan Prezident Vladimir Putin tərəfindən dəfələrlə təsdiqlənib. Lakin onun sözlərinə görə, Qərbin və Ukraynanın Rusiyanın mövqeyini nəzərə almaq istəməməsi şəraitində xüsusi əməliyyat qarşıya qoyulan məqsədlərə çatana qədər davam etdiriləcək.
Daha əvvəl Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Pxenyana rəsmi səfərə dəvəti var. Kreml səfərin yaxın gələcəkdə baş tutacağına ümid edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0