https://sputnik.az/20240115/cin-rusiyanin-beyanatini-yuksek-qiymetlendirir---cin-xn-461966263.html
Rusiyanın bəyanatını yüksək qiymətləndiririk - Çin XİN
Rusiyanın bəyanatını yüksək qiymətləndiririk - Çin XİN
Sputnik Azərbaycan
Mao Nin qeyd edib ki, bir çox başqa ölkələr və beynəlxalq təşkilatlar Rusiya ilə həmrəylik nümayiş etdiriblər. 15.01.2024, Sputnik Azərbaycan
2024-01-15T15:44+0400
2024-01-15T15:44+0400
2024-01-15T15:50+0400
çin
rusiya
rusiya
tayvan
xin
seçki
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1a/461591196_0:0:3072:1728_1920x0_80_0_0_a70ac684f03ebd475e720e3d668e0d07.jpg
BAKI, 15 yanvar — Sputnik. Çin hakimiyyəti Rusiyanın Tayvanda keçirilən seçkilərlə bağlı mövqeyini yüksək qiymətləndirir. Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib. Mao Nin qeyd edib ki, bir çox başqa ölkələr və beynəlxalq təşkilatlar Rusiya ilə həmrəylik nümayiş etdiriblər. O, xüsusilə Banqladeş, Belarus, Macarıstan, Venesuela, Vyetnam, Misir, Zimbabve, İndoneziya, Laos, Qazaxıstan, Kamboca, Kuba, Nepal, Tacikistan, Özbəkistan, Şri-Lanka, Efiopiya, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatı və Ərəb ölkələri Liqasını xatırladıb. "Onlar açıq şəkildə bildiriblər ki, "vahid Çin" prinsipinə sadiqdirlər, ÇXR-in suverenliyi və ərazi bütövlüyünü qorumaq səylərini qətiyyətlə dəstəkləyirlər", - o deyib. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, bir sıra ölkələrin Tayvanda keçirilən seçkilərdən Pekinə təzyiq göstərmək və regiondakı vəziyyəti "qarışdırmaq" üçün istifadə etmək cəhdləri qeyri-effektivdir və qınanmağa layiqdir. O, bütün xarici qüvvələri təxribat xarakterli hərəkətlərdən çəkinməyə çağırıb. Tayvan 1949-cu ildən Çin Vətəndaş Müharibəsində məğlub olduqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. O vaxtdan bəri Taypey kommunistlər hakimiyyətə gələnə qədər materikdə mövcud olan keçmiş Çin Respublikasının bayrağını və bəzi digər atributlarını qoruyub saxlayır. Pekinin əksər ölkələrin, o cümlədən Rusiya tərəfindən dəstəklənən rəsmi mövqeyinə görə, bu, ÇXR-in əyalətlərindən biridir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1a/461591196_12:0:2743:2048_1920x0_80_0_0_28f60e1e1e154ca1ccc62756a8213526.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
çin, rusiya, tayvan, xin, seçki
çin, rusiya, tayvan, xin, seçki
Rusiyanın bəyanatını yüksək qiymətləndiririk - Çin XİN
15:44 15.01.2024 (Yenilənib: 15:50 15.01.2024) Mao Nin qeyd edib ki, bir çox başqa ölkələr və beynəlxalq təşkilatlar Rusiya ilə həmrəylik nümayiş etdiriblər.
BAKI, 15 yanvar — Sputnik. Çin hakimiyyəti Rusiyanın Tayvanda keçirilən seçkilərlə bağlı mövqeyini yüksək qiymətləndirir. Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
Mao Nin qeyd edib ki, bir çox başqa ölkələr və beynəlxalq təşkilatlar Rusiya ilə həmrəylik nümayiş etdiriblər. O, xüsusilə Banqladeş, Belarus, Macarıstan, Venesuela, Vyetnam, Misir, Zimbabve, İndoneziya, Laos, Qazaxıstan, Kamboca, Kuba, Nepal, Tacikistan, Özbəkistan, Şri-Lanka, Efiopiya, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatı və Ərəb ölkələri Liqasını xatırladıb.
"Onlar açıq şəkildə bildiriblər ki, "vahid Çin" prinsipinə sadiqdirlər, ÇXR-in suverenliyi və ərazi bütövlüyünü qorumaq səylərini qətiyyətlə dəstəkləyirlər", - o deyib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, bir sıra ölkələrin Tayvanda keçirilən seçkilərdən Pekinə təzyiq göstərmək və regiondakı vəziyyəti "qarışdırmaq" üçün istifadə etmək cəhdləri qeyri-effektivdir və qınanmağa layiqdir. O, bütün xarici qüvvələri təxribat xarakterli hərəkətlərdən çəkinməyə çağırıb.
Tayvan 1949-cu ildən Çin Vətəndaş Müharibəsində məğlub olduqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. O vaxtdan bəri Taypey kommunistlər hakimiyyətə gələnə qədər materikdə mövcud olan keçmiş Çin Respublikasının bayrağını və bəzi digər atributlarını qoruyub saxlayır. Pekinin əksər ölkələrin, o cümlədən Rusiya tərəfindən dəstəklənən rəsmi mövqeyinə görə, bu, ÇXR-in əyalətlərindən biridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.