Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dağıstanda olan zəlzələdən sonra Bakı-Qroznı neft kəmərində nə baş verib?

© AFP 2024 / ASAAD NIAZINeft kəməri
Neft kəməri - Sputnik Azərbaycan, 1920, 14.01.2024
Abunə olmaq
Episentrdən 225 km radiusda yerləşən Qroznı-Bakı və "Mahaçqala" - 201 km magistral neft boru kəmərlərinin xətti hissəsində, eləcə də "Samur", "Mahaçqala" və "Sulak" neft nasos stansiyalarının xətti hissəsində avadanlıqlar araşdırılıb.
BAKI, 14 yanvar - Sputnik. Bakı-Qroznı neft kəməri yanvarın 12-də Dağıstanın Xasavyurt şəhərinin qərbində baş vermiş zəlzələdən sonra normal işləyir.
Bu barədə TASS-a “Transneft”in rəsmi nümayəndəsi İqor Demin məlumat verib.
O, qeyd edib ki, 2024-cü il yanvarın 12-də Moskva vaxtı ilə saat 20:02-də (Bakı vaxtı ilə saat 21:02) episentri Xasavyurt şəhərindən 13 km şimal-qərbdə, ocağı 5 km dərinlikdə, maqnitudası 4,1 olan zəlzələ baş verib. Episentrdən 225 km radiusda yerləşən "Çernomortransneft" ASC-nin obyektləri, Qroznı-Bakı və "Mahaçqala" - 201 km magistral neft boru kəmərlərinin xətti hissəsində, eləcə də "Samur", "Mahaçqala" və "Sulak" neft nasos stansiyalarının xətti hissəsində avadanlıqlar araşdırılıb. Zəlzələnin fəsadları yoxdur.
Qeyd edək ki, zəlzələ Dağıstanın Novolakski rayonunda qeydə alınıb. Yeraltı təkanlar Xasavyurt şəhəri və Xasavyurt rayonu sakinləri tərəfindən hiss olunub.
Yanvarın 12-də Dağıstanın Xasavyurt rayonunda 4,4 maqnitudada daha bir zəlzələ qeydə alınıb.
Xəbər lenti
0