https://sputnik.az/20240113/rusiya-afrikaya-humanitar-taxil-ve-gubre-tedarukunu-davam-etdirecek--abramcenko-461929171.html
Rusiya Afrikaya humanitar taxıl və gübrə tədarükünü davam etdirəcək – Abramçenko
Rusiya Afrikaya humanitar taxıl və gübrə tədarükünü davam etdirəcək – Abramçenko
Sputnik Azərbaycan
Qərb qida və mineral gübrələr, logistika və ödənişlərə tətbiq etdiyi sanksiyaların dünyadakı aclıq probleminin kəskinləşməsinə səbəb olduğunu açıq şəkildə... 13.01.2024, Sputnik Azərbaycan
2024-01-13T18:40+0400
2024-01-13T18:40+0400
2024-01-13T18:40+0400
rusiya
rusiya
gübrə
afrika
taxıl
https://cdnn1.img.sputnik.az/img/42292/93/422929305_0:47:2659:1543_1920x0_80_0_0_cc2a209bfdc93fa8bb22ef923c785eb5.jpg
BAKI, 13 yanvar — Sputnik. Rusiya dünyanın qida təminatçısı və kənd təsərrüfatı məhsullarının etibarlı tədarükçüsü olaraq qalır. Rusiya Federasiyası Afrikaya taxıl və gübrələrin humanitar tədarükünü davam etdirəcək. Bunu Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko "RİA Novosti"yə müsahibəsində bildirib. Baş nazirin müavini xatırladıb ki, FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) bu yaxınlarda "Qərb qida və mineral gübrələr, logistika və ödənişlərə tətbiq etdiyi sanksiyaların dünyadakı aclıq probleminin kəskinləşməsinə səbəb olduğunu açıq şəkildə etiraf edib". "Dünyadakı bu tendensiya yalnız böyüyəcək", - Abramçenko belə ehtimal edir. Qeyd edək ki, Prezident Vladimir Putin ötən ilin iyulunda keçirilən Rusiya-Afrika sammitində Rusiyanın Ümumdünya Ərzaq Proqramı siyahısında olan 6 Afrika ölkəsinə humanitar yardım kimi pulsuz taxıl göndərmək niyyətini açıqlayıb. "Somali və Burkina-Faso üçün hər biri 25 min ton buğda daşıyan ilk iki gəmi noyabrın ortalarında Rusiyanı tərk edib", - deyə Rusiya Federasiyası kənd təsərrüfatı naziri Dmitri Patruşev bildirib. Afrika ölkələrinə gübrələrin humanitar tədarükü hazırda "Uralxim" şirkəti tərəfindən həyata keçirilir. 20 min tonluq ilk belə tədarük 2022-ci il noyabr ayının sonunda Niderlanddan göndərilib. Ümumilikdə şirkət inkişaf etməkdə olan ölkələrə, təxminən 300 min ton mineral gübrə verməyi planlaşdırıb. Artıq Malavi, Keniya, Nigeriya və Zimbabveyə gübrə partiyaları göndərilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42292/93/422929305_0:0:2659:1995_1920x0_80_0_0_90958c1542123932061fcc143006f41a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, gübrə, afrika, taxıl
rusiya, gübrə, afrika, taxıl
Rusiya Afrikaya humanitar taxıl və gübrə tədarükünü davam etdirəcək – Abramçenko
Qərb qida və mineral gübrələr, logistika və ödənişlərə tətbiq etdiyi sanksiyaların dünyadakı aclıq probleminin kəskinləşməsinə səbəb olduğunu açıq şəkildə etiraf edib.
BAKI, 13 yanvar — Sputnik. Rusiya dünyanın qida təminatçısı və kənd təsərrüfatı məhsullarının etibarlı tədarükçüsü olaraq qalır. Rusiya Federasiyası Afrikaya taxıl və gübrələrin humanitar tədarükünü davam etdirəcək.
Bunu Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko "RİA Novosti"yə müsahibəsində bildirib.
"Rusiya dünyanın qida təminatçısı və etibarlı tədarükçüsü olaraq qalır. Bildiyiniz kimi, taxıl və gübrə üçün humanitar yardımın ilk göndərişləri artıq Afrika ölkələrinə gedib və bu, davam edəcək", - deyə o, sözünə davam edib.
Baş nazirin müavini xatırladıb ki, FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) bu yaxınlarda "Qərb qida və mineral gübrələr, logistika və ödənişlərə tətbiq etdiyi sanksiyaların dünyadakı aclıq probleminin kəskinləşməsinə səbəb olduğunu açıq şəkildə etiraf edib".
"Dünyadakı bu tendensiya yalnız böyüyəcək", - Abramçenko belə ehtimal edir.
Qeyd edək ki, Prezident Vladimir Putin ötən ilin iyulunda keçirilən Rusiya-Afrika sammitində Rusiyanın Ümumdünya Ərzaq Proqramı siyahısında olan 6 Afrika ölkəsinə humanitar yardım kimi pulsuz taxıl göndərmək niyyətini açıqlayıb.
"Somali və Burkina-Faso üçün hər biri 25 min ton buğda daşıyan ilk iki gəmi noyabrın ortalarında Rusiyanı tərk edib", - deyə Rusiya Federasiyası kənd təsərrüfatı naziri Dmitri Patruşev bildirib.
Afrika ölkələrinə gübrələrin humanitar tədarükü hazırda "Uralxim" şirkəti tərəfindən həyata keçirilir. 20 min tonluq ilk belə tədarük 2022-ci il noyabr ayının sonunda Niderlanddan göndərilib. Ümumilikdə şirkət inkişaf etməkdə olan ölkələrə, təxminən 300 min ton mineral gübrə verməyi planlaşdırıb. Artıq Malavi, Keniya, Nigeriya və Zimbabveyə gübrə partiyaları göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.