https://sputnik.az/20240112/bakinin-yeni-bas-plani-sputnik-azerbaycan-multimedia-merkezinde-muzakire-olundu-461919521.html
Bakının yeni Baş Planı Sputnik Azərbaycan Multimedia Mərkəzində müzakirə olundu
Bakının yeni Baş Planı Sputnik Azərbaycan Multimedia Mərkəzində müzakirə olundu
Sputnik Azərbaycan
Memar Cahid Həsənov bildirib ki, iqtisadiyyatın planlaşdırılması baxımından Baş Planın hazırlanması çox əhəmiyyətlidir. 12.01.2024, Sputnik Azərbaycan
2024-01-12T20:52+0400
2024-01-12T20:52+0400
2024-01-12T20:52+0400
bakı
paytaxt xəbərləri
baş
plan
baş plan
baş plan
abşeron yarımadası
memar
memar
https://cdnn1.img.sputnik.az/img/42419/37/424193732_0:0:3068:1727_1920x0_80_0_0_2215a38dc073b6503e519f85d9a63446.jpg
BAKI, 12 yanvar — Sputnik. Sputnik Azərbaycan Multimedia Mərkəzində Bakı şəhərinin yeni hazırlanmış Baş Planı memar Cahid Həsənovla müzakirə edilib. "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı"n hazırlanmasının pataxt üçün, onun sakinləri üçün əhəmiyyətli hadisə olduğunu söyləyən memar bildirib ki, istər iqtisadiyyatın planlaşdırılmasında, istər də investisiyaların qoyuluşunda Baş Plan ciddi şəkildə nəzərə alınır: "Baş Planın hazırlanması ilə bağlı insanların düşüncəsi şəhərdə sıxlığın azalması, binaların inşası, yeni nəqliyyat növlərinin yaranması və sair amillərlə bağlıdır. Baş Planda bunlar hamısı nəzərə alınıb. Amma iqtisadiyyatın planlaşdırılması baxımından Baş Planın hazırlanması çox əhəmiyyətlidir. Baş Planın hazırlanması şəhərin inkişafına əhəmiyyətli dərəcədə təsir edir. İnvestorlar hazırki yollara görə nəqliyyata investisiya qoymağa çəkinirlər. Amma Baş Planla paytaxtın genişləndirilməsi bu sahəyə invesitisiya qoymaq istəyənlərə stimul verəcək". Baş Planda bir sıra yeniliklərin nəzərdə tutulduğunu xatırladan memar onu da vurğulayıb ki, yeni ərazilərdə parkların salınması şəhərin mərkəzində sıxlığı da azaldır. Yeni Baş Planda yaşıl dəhlizlərin salınması şəhərin mərkəzinə istirahət üçün axını azaldacaq. Artıq həmin ərazilərdə yaşayan insanlar həmin yerlərdə istirahətə üstünlük verəcəklər. Memar bildirib ki, hər hansı ərazidə parkların salınması o ərazidə yeni yaşayış massivlərinin yaranmasına, yeni yaşayış binalarının tikilməsinə rəvac verir. Yeni metro çıxışlarının yaranması, parkların salınması yeni mərkəzlərin yaranmasına gətirib çıxardır. Bakı kəndlərinin inkişafı da Baş Planda öz əksini tapıb. C. Həsənov deyib ki, Bakı kəndlərindən şəhərə alternativ yolların salınması tıxacı azaltmaqla yanaşı, yeni yolların keçdiyi ərazilərin də inkişafına səbəb olacaq. "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı"na əsasən paytaxtda tramvay xətləri yenidən bərpa oluna bilər. Memar bildirib ki, paytaxtda köhnə tramvay xətləri sökülüb yerində yeni binalar inşa olunsa da, yenidən Bakının bəzi mərkəzi küçələrinə tramvay xətti çəkmək mümkündür: "Şərt deyil ki, köhnə tramvay xətlərinin marşrutu bərpa olunsun. Bu reallıq baxımından mümkün də deyil. Amma Bakının mərkəzi küçələrinə, Ağ şəhərdən- İçəri şəhərə doğru tramvay xəti çəkmək olar. Bu nəqliyyat vasitəsinin bərpası ilə paytaxtın mərkəzini tıxacdan xilas etmək mümkündür. Çünki, tramvay elə bir nəqliyyat vasitəsidir ki, digər nəqliyyat növləri onun yoluna daxil ola bilmir. Bu gün Bakıda avtobus zolaqları çəkilir, amma biz görürük ki, digər nəqliyyatlar avtobus zolağına daxil olmaqla sıxlıq yarada, avtobusun hərəkət intervalına təsir edə bilirlər. Tramvayın isə üstünlüyü ondadır ki, öz yolu ilə gedir". C. Həsənov bildirir ki, bəzən tramvayın paytaxt yollarına yenidən qayıtması real görünməsə də, son illər paytaxtın nəqliyyat infrastrukturu, ictimai nəqliyyatla bağlı aparılan islahatlar bunun mümkün olduğuna inanmağa əsas verir. "Bir vaxtlar Bakının mərkəzi küçələrində velosiped zolaqlarının çəkilməsinə də inanmırdıq. Amma bu reallaşdı. Paytaxtın mərkəzini sıxlıqdan xilas etməyin yolu ictimai nəqliyyat növlərinin hərəkətinə imkan yaratmaq, ictimai nəqliyyat növlərinin sayını artırmaqdadır" deyə memar bildirib. C. Həsənov cənub və şərq istiqamətinə Bakı Bulvarının uzadılması turizmin inkişafına səbəb olacaq. Memar Xəzərin sahilinin bulvara çevrilməsi, yaşıllaşdırılması ölkəmizin imicinə də müsbət təsir edəcək. Qonaq Abşeron yarımadasında, Xırdalan ərazisinə yeni metrostansiyanın çəkilişinin yollarda sıxlığı əhəmiyyətli dərəcədə azaldacağını söyləyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42419/37/424193732_204:0:2935:2048_1920x0_80_0_0_5b36e9374f333352ebc08c3272f27cd8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakı, baş, plan, baş plan, baş plan, abşeron yarımadası, memar, memar
bakı, baş, plan, baş plan, baş plan, abşeron yarımadası, memar, memar
Bakının yeni Baş Planı Sputnik Azərbaycan Multimedia Mərkəzində müzakirə olundu
Memar Cahid Həsənov bildirib ki, iqtisadiyyatın planlaşdırılması baxımından Baş Planın hazırlanması çox əhəmiyyətlidir.
BAKI, 12 yanvar — Sputnik. Sputnik Azərbaycan Multimedia Mərkəzində Bakı şəhərinin yeni hazırlanmış Baş Planı memar Cahid Həsənovla müzakirə edilib.
"Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı"n hazırlanmasının pataxt üçün, onun sakinləri üçün əhəmiyyətli hadisə olduğunu söyləyən memar bildirib ki, istər iqtisadiyyatın planlaşdırılmasında, istər də investisiyaların qoyuluşunda Baş Plan ciddi şəkildə nəzərə alınır: "Baş Planın hazırlanması ilə bağlı insanların düşüncəsi şəhərdə sıxlığın azalması, binaların inşası, yeni nəqliyyat növlərinin yaranması və sair amillərlə bağlıdır. Baş Planda bunlar hamısı nəzərə alınıb. Amma iqtisadiyyatın planlaşdırılması baxımından Baş Planın hazırlanması çox əhəmiyyətlidir. Baş Planın hazırlanması şəhərin inkişafına əhəmiyyətli dərəcədə təsir edir. İnvestorlar hazırki yollara görə nəqliyyata investisiya qoymağa çəkinirlər. Amma Baş Planla paytaxtın genişləndirilməsi bu sahəyə invesitisiya qoymaq istəyənlərə stimul verəcək".
Baş Planda bir sıra yeniliklərin nəzərdə tutulduğunu xatırladan memar onu da vurğulayıb ki, yeni ərazilərdə parkların salınması şəhərin mərkəzində sıxlığı da azaldır. Yeni Baş Planda yaşıl dəhlizlərin salınması şəhərin mərkəzinə istirahət üçün axını azaldacaq. Artıq həmin ərazilərdə yaşayan insanlar həmin yerlərdə istirahətə üstünlük verəcəklər.
Memar bildirib ki, hər hansı ərazidə parkların salınması o ərazidə yeni yaşayış massivlərinin yaranmasına, yeni yaşayış binalarının tikilməsinə rəvac verir.
Yeni metro çıxışlarının yaranması, parkların salınması yeni mərkəzlərin yaranmasına gətirib çıxardır.
Bakı kəndlərinin inkişafı da Baş Planda öz əksini tapıb. C. Həsənov deyib ki, Bakı kəndlərindən şəhərə alternativ yolların salınması tıxacı azaltmaqla yanaşı, yeni yolların keçdiyi ərazilərin də inkişafına səbəb olacaq.
"Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı"na əsasən paytaxtda tramvay xətləri yenidən bərpa oluna bilər. Memar bildirib ki, paytaxtda köhnə tramvay xətləri sökülüb yerində yeni binalar inşa olunsa da, yenidən Bakının bəzi mərkəzi küçələrinə tramvay xətti çəkmək mümkündür: "Şərt deyil ki, köhnə tramvay xətlərinin marşrutu bərpa olunsun. Bu reallıq baxımından mümkün də deyil. Amma Bakının mərkəzi küçələrinə, Ağ şəhərdən- İçəri şəhərə doğru tramvay xəti çəkmək olar. Bu nəqliyyat vasitəsinin bərpası ilə paytaxtın mərkəzini tıxacdan xilas etmək mümkündür. Çünki, tramvay elə bir nəqliyyat vasitəsidir ki, digər nəqliyyat növləri onun yoluna daxil ola bilmir. Bu gün Bakıda avtobus zolaqları çəkilir, amma biz görürük ki, digər nəqliyyatlar avtobus zolağına daxil olmaqla sıxlıq yarada, avtobusun hərəkət intervalına təsir edə bilirlər. Tramvayın isə üstünlüyü ondadır ki, öz yolu ilə gedir".
C. Həsənov bildirir ki, bəzən tramvayın paytaxt yollarına yenidən qayıtması real görünməsə də, son illər paytaxtın nəqliyyat infrastrukturu, ictimai nəqliyyatla bağlı aparılan islahatlar bunun mümkün olduğuna inanmağa əsas verir.
"Bir vaxtlar Bakının mərkəzi küçələrində velosiped zolaqlarının çəkilməsinə də inanmırdıq. Amma bu reallaşdı. Paytaxtın mərkəzini sıxlıqdan xilas etməyin yolu ictimai nəqliyyat növlərinin hərəkətinə imkan yaratmaq, ictimai nəqliyyat növlərinin sayını artırmaqdadır" deyə memar bildirib.
C. Həsənov cənub və şərq istiqamətinə Bakı Bulvarının uzadılması turizmin inkişafına səbəb olacaq.
Memar Xəzərin sahilinin bulvara çevrilməsi, yaşıllaşdırılması ölkəmizin imicinə də müsbət təsir edəcək.
Qonaq Abşeron yarımadasında, Xırdalan ərazisinə yeni metrostansiyanın çəkilişinin yollarda sıxlığı əhəmiyyətli dərəcədə azaldacağını söyləyib.