Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Rusiyada yumurtanın qiymətinin bahalaşmasının səbəblərini açıqladı

© AFP 2023 / STRYumurta, arxiv
Yumurta, arxiv - Sputnik Azərbaycan, 1920, 11.01.2024
Abunə olmaq
Rusiya prezidenti bildirir ki, insanların gəlirlərinfə artım var və onlar yumurta və toyuq ətinin alışını artırıblar.
BAKI, 11 yanvar — Sputnik. Rusiyada yumurtanın qiymətinin artması istehlakın artmağa başlaması və hakimiyyət orqanlarının idxalı vaxtında açmaması səbəbindən baş verib. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"Nə baş verdiyini yumurtadan da görmək olar. Sadəcə olaraq, öz mövqeyimizi vaxtında təyin edə bilmədik. İstehsal həcmimiz azalmayıb. İstehlak artıb. Əhalinin birdəfəlik real gəlirləri ilə bir az da olsa artıb, amma yenə də insanların gəlirlərində artımvar. Yumurta və toyuq ətinin alışını artırmağa başlayıblar. Bütün bunların fonunda vaxtında idxalı açmaq barədə düşünmürdülər. Bum! Qiymətlər uçdu", - o, Uzaq Şərq Federal Dairəsinin sahibkarları ilə görüşündə deyib.

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin, arxiv
Президент РФ Владимир Путин - Sputnik Azərbaycan, 1920, 11.01.2024
Rusiya prezidenti Vladimir Putin, arxiv
Xatırladaq ki, bundan öncə Azərbaycandan Rusiyaya quşçuluq məhsulları və ərzaqlıq yumurtanın ixracı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında razılıq əldə olunub.
Azərbaycanın ardınca Türkiyə də Rusiya Federasiyasına toyuq yumurtasının ixracına başlayıb.
Bildirilib ki, "Rosselxoznadzor" dekabrın 29-dan Türkiyənin 6 müəssisəsindən inkubasiya yumurtalarının tədarükünə icazə verib.
Qərar inkubasiya yumurtalarına mövcud ehtiyacla əlaqədar, həmçinin məhsulların Rusiya və Avrasiya İqtisadi İttifaqının baytarlıq-sanitariya tələblərinə uyğunluğuna zəmanət nəzərə alınmaqla qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0