Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçiriləcək

© Sputnik / Timur SelivanovAzərbaycan məhsulları
Azərbaycan məhsulları - Sputnik Azərbaycan, 1920, 11.01.2024
Abunə olmaq
"Azərbaycan" Pavilyonunun Ticarət zalında qurudulmuş meyvə və şirniyyatların ən yaxşı istehsalçılarının məhsulları təqdim olunacaq.
BAKI, 11 yanvar — Sputnik. Moskvada Azərbaycan istehsalçılarının məhsullarının dequstasiyası keçiriləcək.
Dequstasiya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki (VDNX) "Azərbaycan" pavilyonunda baş tutacaq.
Yanvarın 13-də "Azərbaycan" pavilyonu və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birlikdə VDNX-dakı "Rusiya" forumu Beynəlxalq Sərgisi çərçivəsində Azərbaycan milli istehsalı məhsullarının növbəti dequstasiya seriyasını keçirəcək.
"Azərbaycan" Pavilyonunun Ticarət zalında qurudulmuş meyvə və şirniyyatların ən yaxşı istehsalçılarının məhsulları təqdim olunacaq.
Xatırladaq ki, bir müddət əvvəl Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki (VDNX) "Azərbaycan" pavilyonunda Azərbaycan Dövlət Neft Şirkətinin "SOCAR RUS" törəmə bölməsi və Geologiya, Neft və Qaz Muzeyi ilə birgə təşkil "Hacı Zeynalabdin Tağıyev – sənayeçi və xeyriyyəçi. Rusiya və Azərbaycan tarixində şəxsiyyətin rolu" adlı sərgi açılmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0