Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Milli valyutalarda hesablaşmalar BRİKS-in xarici sarsıntılara davamlılığını artıracaq

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidBRİKS
BRİKS - Sputnik Azərbaycan, 1920, 11.01.2024
Abunə olmaq
Praktik nöqteyi-nəzərdən BRİKS-ə üzv ölkələr ikitərəfli ticarətdə dollarla ödənişləri aradan qaldırmağa çalışırlar.
BAKI, 11 yanvar — Sputnik. Milli valyutalarda hesablaşmalar BRİKS ölkələrinin ödəniş qabiliyyətini genişləndirəcək və onların qeyri-müəyyənliklərə və xarici sarsıntılara qarşı iqtisadi davamlılığını artıracaq.
Bunu Fudan Universitetinin İnkişaf Araşdırmaları İnstitutunun BRİKS Araşdırmalar Mərkəzinin rəhbəri Şen İ "RİA Novosti"yə bildirib.
"Obyektiv desək, beynəlxalq valyuta sisteminin və ödəniş sistemlərinin şaxələndirilmiş inkişafı güclərin bölüşdürülməsinin dəyişmə tendensiyasına və qlobal sistemin ümumi inkişaf istiqamətinə uyğundur", - deyə Şen İ bəyan edib.
Onun sözlərinə görə, Rusiyaya gəlincə, Qərbin iqtisadi və maliyyə sanksiyaları kontekstində o, həmişə valyuta-maliyyə sahəsində hansısa yeni, daha çevik və ağlabatan struktur yaratmaq istəyib - "dolların hegemonluğundan qurtulmaq olduqca ağlabatandır və lazımdır".

"Praktik nöqteyi-nəzərdən BRİKS-ə üzv ölkələr ikitərəfli ticarətdə dollarla ödənişləri aradan qaldırmağa çalışırlar. Məsələn, Çin və Rusiya, eləcə də Rusiya və Hindistan arasında milli valyutada ödənişlər artıq qəbul edilib", - deyə ekspert bildirib.

O əlavə edib ki, "milli valyutalarda hesablaşmaların həyata keçirilməsi BRİKS ölkələrinin ödəmə qabiliyyətini genişləndirəcək, qeyri-müəyyənliklərə və xarici sarsıntılara qarşı iqtisadi dayanıqlığını artıracaq, BRİKS üzvləri arasında maliyyə sektorunda işgüzar əməkdaşlığın gücləndirilməsinə effektiv dəstək verəcək".
Analitik qeyd edib ki, 2019-cu ildən etibarən BRİKS ölkələri assosiasiyaya üzv ölkələr arasında pərakəndə ödənişlər və köçürmələr üçün ümumi platformanın inkişafı çərçivəsində "SWIFT", "Visa" və "Mastercard"dan asılılığı azaltmaqla vahid "BRICS Pay" sistemi yaratmağa başlayıblar.
"BRICS Pay" ödəniş sistemi daim inkişaf edir və təkmilləşir. Hazırda sistemin qurulması prosesinə təsir edən əsas məhdudlaşdırıcı amil lazımsız mübahisələrdən və ziddiyyətlərdən qaçmaqla maliyyə infrastrukturunun effektiv qarşılıqlı əlaqəsinə necə nail olmaq məsələsidir", - deyə Şen İ qeyd edib.
O əlavə edib ki, BRİKS ölkələrində transsərhəd elektron ticarətin inkişafı əlaqəli ödəniş sistemlərinin qurulması və tətbiqi üçün güclü təkan verə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0