Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: Ukrayna ilə bağlı gizli görüş Zelenski rejiminə diqqət çəkmək cəhdidir

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidZaxarova
Zaxarova - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Abunə olmaq
Zelenskinin "sülh formulu" ilə bağlı daha bir görüş Qərb dövlətləri və qlobal cənubun bəzi ölkələrinin iştirakı ilə tam məxfi şəraitdə keçirilib.
BAKI, 10 yanvar — Sputnik. Ər-Riyadda Ukrayna ilə bağlı gizli görüş diqqəti Vladimir Zelenski rejiminə çəkmək cəhdidir. Bunu Sputnik radiosuna Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın sonunda RİA Novosti və "Rossiya 24" telekanallarına müsahibəsində deyib ki, "Zelenskinin qondarma "sülh formulu" ilə bağlı daha bir görüş Qərb dövlətləri və qlobal cənubun bəzi ölkələrinin iştirakı ilə tam məxfi şəraitdə keçirilib. Yaxın müttəfiqlərimizdən, həmfikirlərimizdən bu görüşdə iştirak edənlər, heç kimə məsələ ilə bağlı bizdən sirr saxlamağa söz verməyiblər".
"Bu, köhnə və yaxşı işlənmiş konsepsiyadır. Siyasi diqqətin Zelenski rejiminə cəlb edilməsi konsepsiyası. Bu, Zelenski rejimi üçün piardır" - Zaxarova bildirib.
O, qeyd edib ki, bu cür informasiya hay-küyü siyasi fəaliyyət illüziyasını saxlamaq, "dünya auditoriyasının diqqətini mümkün nizamlanmanın real proseslərindən yayındırmaq məqsədilə yaradılır.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Xəbər lenti
0