Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Nə? Harada? Nə vaxt?"ın ulduzu Rövşən Əsgərov "agent markası"na görə cərimələnib

© Photo : Facebook / «Что? Где? Когда?» телевизионный КлубРовшан Аскеров, фото из архива
Ровшан Аскеров, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Abunə olmaq
Azərbaycanlı intellektual Rusiya tərəfindən sosial şəbəkələrdəki paylaşımlarında nasizmi bərpa etməkdə ittiham olunur.
BAKI, 10 yanvar — Sputnik. Azərbaycanlı jurnalist, "Nə? Harada? Nə vaxt?" intellektual şousunun ulduzu Rövşən Əsgərov xarici agent markasına görə cərimələnib.
Bu barədə Moskvanın Ümumi Yurisdiksiya Məhkəmələrinin "Telegram" kanalı Savyolov Rayon Məhkəməsinin qərarına istinadən məlumat yayıb.
Məhkəmə Əsgərovu inzibati xəta törətməkdə təqsirli bilib. Ona 50 000 rubl (950 manat) məbləğində inzibati cərimə tətbiq edilib.
Əsgərovun nümayəndəsi məhkəməyə gəlməyib.
İş materiallarından məlum olur ki, protokol Əsgərovun şəxsi YouTube kanalında xarici agent statusunu göstərmədiyi üçün tərtib edilib.
2023-cü ilin sentyabrında Əsgərov xarici agentlik nişanının olmamasına görə artıq 40 min rubl cərimə olunub. Avqust ayında məhkəmənin qərarı ilə o, həmçinin Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 2-ci hissəsinə əsasən, xarici agentin səlahiyyətli orqana hesabat təqdim etməməsinə görə 40 min rubl cərimə olunub.
Əsgərov 2022-ci ilin dekabrında xarici agentlər siyahısına daxil edilib.
Xatırladaq ki, 2022-ci ildə Rusiyanın paytaxtı Moskvada azərbaycanlı jurnalist və "Nə? Harada? Nə zaman?" televiziya oyununun iştirakçısı Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı verilmişdi.
Həmin ilin aprelin sonu Rusiyada Rövşən Əsgərov barəsində cinayət işi başlanılıb, mayın əvvəlləri isə o, bu ölkədə axtarışa verilib. Əsgərov, sosial şəbəkələrdəki paylaşımlarında nasizmi bərpa etməkdə ittiham olunur.
İstintaq Komitəsi müəyyən edib ki, 49 yaşlı Əsgərov feysbukda rusiyalı sərkərdə, SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar paylaşıb.
2023-cü ildə Rövşən Əsgərov daha bir qalmaqallı addımı ilə gündəmə gəlib. O, cinsi qısnamada təqsirləndirilən "Nə? Harada? Nə vaxt?" televiziya intellektual klubunun eksperti, "Büllur bayquş"un ikiqat qalibi Mixail Skipskinin müdafiəsinə qalxıb.
Xatırladaq ki, Rövşən Əsgərov 1998-ci ildən Rusiyanın "Nə? Harada? Nə vaxt?" klubunun oyunçusudur. O, "Nə? Harada? Nə vaxt?" dünya çempionatının təşkilində iştirakına görə "İlin adamı" nominasiyasında mükafatının ilk laureatı, "Büllur Bayquş"un sahibidir. 2018-ci ildə isə "Nə? Harada? Nə vaxt?" Bakı klubunun qrossmeysteri adına layiq görülüb. Oyunun Azərbaycanda mövcud olduğu ilk beş ilin ən yaxşı oyunçusu olub. 2018-ci ilin sentyabrında mütəxəssis klubdan ayrılmaq qərarına gəlib və "No Fools" smart oyunlarının intellektual layihəsini yaradıb.
Xəbər lenti
0