Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı birinci qara necə hazırlaşıb? Rəsmi qurumlar yenə şirin vədlər verir

© Sputnik / Murad OrujovBakı qar
Bakı qar - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Abunə olmaq
Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinin əməkdaşı Mübariz Hüseynov bildirib ki, 6 min tondan çox xam duz ehtiyatı var.
BAKI, 10 yanvar — Sputnik. "Hava şəraitinin dəyişməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində qərərgah yaradılıb. Bu qərərgah 24 saat fəaliyyət göstərir".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinin əməkdaşı Mübariz Hüseynov bildirib. O, deyib ki, əgər paytaxtda qarın yağması intensivləşərsə, dərhal nəqliyyat vasitələri ilə yollara səpilməsi nəzərdə tutulan duz təyinat nöqtələrinə çatdırılacaq:
"60-dan çox xüsusi nəqliyyat vasitələri sayılan qarkürüyən və duzsəpən nəqliyyat vasitələrimiz mövcuddur. 6 min tondan çox xam duz ehtiyatımız var".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli də qışa hazırlıq görüldüyünü bildirib. Qeyd edib ki, yol texnikası maşın və mexanizmlərin yanacaqla təmin edilməsi üçün lazımi qədər yanacaq- sürtgü materialları ehtiyatı toplanıb:
"Payız-qış mövsümünə hazırlıq. Yol qurğularının normal istismarını, hərəkətinin təhlükəsizliyinin və fasiləsizliyinin təmin edilməsi üçün AAAYDA tərəfindən körpülərinin requlyasiyalarının və dağılmış hissələrinin bərpası işləri görülür. Yol nişanlarının və yol avadanlıqlarının, siqnal dirəklərinin texniki vəziyyətinə baxışın keçirilməsi, avtomobil yollaırnın cari təmiri, çiyinlərin bərkidilməsi, soyuducu borulara giriş-çıxış hissələrinin təmizlənməsi işləri davam etdirilir".
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin şöbə müdiri Cahan Bilalova isə bildirib ki, hava şəraitinin dəyişməsi ilə əlaqədar çağırışların artacağını nəzərə alaraq təcili tibbi yardım briqadalarının xətə maksimum sayda çıxması nəzərdə tutulur. Bütün bölmələr müvafiq sərfiyyat və ləvazimatlarla təchiz olunub:
"Hazırda bütün avtomobillərdə istilik qaydasındadır. Avtomobillərdə qış rejiminə uyğun xüsusi şinlərdən istifadə ediləcək. Yollar buzlu olduqda Yasamal, Əhmədli kimi dağlıq ərazilərdə yerləşən bölmələrdə dörd diferli avtomobillərin xəttə buraxılması nəzərdə tutulub".
© Sputnik / Zulfiyya GuluyevaBakıda qar
Ситуация в Баку после снегопада, 24 февраля 2021 года - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Bakıda qar
"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı isə Sputnik Azərbaycan-a bildirib ki, Bakıda 564 qazanxana və 88 istilik məntəqəsi var. Payız-qış mövsümü başladığı gündən etibarən qazanxana və istilik məntəqələri işə düşüb. Qazanxana hava temperaturuna uyğun şəkildə işləyir.
"Azərişıq" ASC-nin İdarə rəisi Vaqif Mustafayev isə bildirib ki, havanın soyması ilə əlaqədar yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik verilişi xətlərinin qış mövsümünə uyğun rejimdə fəaliyyəti üçün işlər davam etdirilir.
"Azərenerji" ASC-nin mətbuat katibi Teymur Abdullayev deyib ki, qurum fəaliyyətini soyuq günlərdə sistemli və bir qədər gücləndirilmiş formada həyata keçirəcək:
"İstehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün elektrik stansiyaları və sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilir. Yüksəkgərginlikli ötürmə xətləri təkrar yoxlanılır".
Xəbər lenti
0