https://sputnik.az/20240110/abs-in-milli-borcu-2024-cu-ilde-qlobal-iqtisadiyyat-ucun-esas-tehlukedir-461862613.html
ABŞ-ın milli borcu 2024-cü ildə qlobal iqtisadiyyat üçün əsas təhlükədir
ABŞ-ın milli borcu 2024-cü ildə qlobal iqtisadiyyat üçün əsas təhlükədir
Sputnik Azərbaycan
ABŞ-ın dövlət borcunun cari nisbətini, onun artım tempini və büdcə gəlirlərinin dinamikasını nəzərə alsaq, bunu ödəmək riyazi cəhətdən mümkün deyil". 10.01.2024, Sputnik Azərbaycan
2024-01-10T17:27+0400
2024-01-10T17:27+0400
2024-01-10T17:27+0400
abş
rusiya
investisiya
risk
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372821_0:0:2932:1649_1920x0_80_0_0_7bfa679fd8ec0418d393e400f718a0aa.jpg
BAKI, 10 yanvar — Sputnik. ABŞ-ın dövlət borcunun həcmi 34 trilyon dolları ötüb və ABŞ vətəndaşları yaxın gələcəkdə ona xidmət göstərmək üçün ildə 1 trilyon dollar xərcləməli olacaqlar - belə məbləğlər qlobal maliyyə sistemi və bütövlükdə dünya iqtisadiyyatı üçün risklər daşıyır. "RİA Novosti"nin tanış olduğu, "Roskonqres"in "Əsas hadisələr 2024. Geoiqtisadiyyat. Proqnozlar. Əsas risklər" hesabatında belə yazılıb. Hesabatda deyilir: "ABŞ-ın milli borcu qlobal iqtisadiyyat üçün əsas təhlükədir. Xidmət üçün ildə, təxminən 34 trilyon dollar və 1 trilyon dollar qlobal maliyyə sisteminin sabitliyini pozmaqla təhdid edir. Müəlliflər əmindirlər: "ABŞ-ın dövlət borcunun cari nisbətini, onun artım tempini və büdcə gəlirlərinin dinamikasını nəzərə alsaq, bunu ödəmək riyazi cəhətdən mümkün deyil". Mütəxəssislər izah edirlər ki, izafi borc aşağı faizlə yığılıb, onun yenidən maliyyələşdirilməsi zərurəti isə yüksək faizlə yaranıb ki, bu da özlüyündə iqtisadi fəallığı məhdudlaşdırır və pul axınını azaldır. "Ortamüddətli perspektivdə ABŞ borcuna xidmət göstərmək üçün ildə 1 trilyon dollar lazım olacaq. Eyni zamanda, mətbəəni 2024-cü ildə yenidən işə salmaq mümkün deyil - bu, inflyasiyanın artmasına səbəb olan köhnə paradiqmaya qayıdışdır", - deyə sənəddə qeyd edilib. Lakin ekspertlər pul çapı ssenarisini də istisna etmirlər və bunun üçün onların fikrincə, ABŞ 2008-ci il ssenarisini təkrarlaya bilər. "ABŞ səlahiyyətliləri mətbəəni yenidən işə salmaqdan ötrü böyük bir təşkilatın dağılmasına səbəb ola bilərlər. İnflyasiya ilə mübarizə paradiqmasında bu mümkün deyil, lakin şərti "Lehman Brothers"in iflası bazarları istehlak qiymətlərinin artımından daha çox qorxudacaq" - hesabatda belə deyilir. 2008-ci ildə ABŞ investisiya bankı olan "Lehman Brothers"in iflası qlobal maliyyə böhranının başlanğıc nöqtəsi hesab olunur. Qlobal siyasi risklər arasında sənəddə, həmçinin ABŞ-dakı prezident seçkilərinin də adı çəkilir. "İctimai iğtişaşlar ola bilər, vəziyyətin qızğın vətəndaş qarşıdurmasına çevrilməsi ehtimalı var", - deyə müəlliflər proqnozlaşdırıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372821_155:0:2886:2048_1920x0_80_0_0_7284511974479739c8c84ffdb9bc550b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, investisiya, risk
ABŞ-ın milli borcu 2024-cü ildə qlobal iqtisadiyyat üçün əsas təhlükədir
ABŞ-ın dövlət borcunun cari nisbətini, onun artım tempini və büdcə gəlirlərinin dinamikasını nəzərə alsaq, bunu ödəmək riyazi cəhətdən mümkün deyil".
BAKI, 10 yanvar — Sputnik. ABŞ-ın dövlət borcunun həcmi 34 trilyon dolları ötüb və ABŞ vətəndaşları yaxın gələcəkdə ona xidmət göstərmək üçün ildə 1 trilyon dollar xərcləməli olacaqlar - belə məbləğlər qlobal maliyyə sistemi və bütövlükdə dünya iqtisadiyyatı üçün risklər daşıyır.
"RİA Novosti"nin tanış olduğu, "Roskonqres"in "Əsas hadisələr 2024. Geoiqtisadiyyat. Proqnozlar. Əsas risklər" hesabatında belə yazılıb.
Hesabatda deyilir: "ABŞ-ın milli borcu qlobal iqtisadiyyat üçün əsas təhlükədir. Xidmət üçün ildə, təxminən 34 trilyon dollar və 1 trilyon dollar qlobal maliyyə sisteminin sabitliyini pozmaqla təhdid edir.
Müəlliflər əmindirlər: "ABŞ-ın dövlət borcunun cari nisbətini, onun artım tempini və büdcə gəlirlərinin dinamikasını nəzərə alsaq, bunu ödəmək riyazi cəhətdən mümkün deyil". Mütəxəssislər izah edirlər ki, izafi borc aşağı faizlə yığılıb, onun yenidən maliyyələşdirilməsi zərurəti isə yüksək faizlə yaranıb ki, bu da özlüyündə iqtisadi fəallığı məhdudlaşdırır və pul axınını azaldır.
"Ortamüddətli perspektivdə ABŞ borcuna xidmət göstərmək üçün ildə 1 trilyon dollar lazım olacaq. Eyni zamanda, mətbəəni 2024-cü ildə yenidən işə salmaq mümkün deyil - bu, inflyasiyanın artmasına səbəb olan köhnə paradiqmaya qayıdışdır", - deyə sənəddə qeyd edilib.
Lakin ekspertlər pul çapı ssenarisini də istisna etmirlər və bunun üçün onların fikrincə, ABŞ 2008-ci il ssenarisini təkrarlaya bilər.
"ABŞ səlahiyyətliləri mətbəəni yenidən işə salmaqdan ötrü böyük bir təşkilatın dağılmasına səbəb ola bilərlər. İnflyasiya ilə mübarizə paradiqmasında bu mümkün deyil, lakin şərti "Lehman Brothers"in iflası bazarları istehlak qiymətlərinin artımından daha çox qorxudacaq" - hesabatda belə deyilir.
2008-ci ildə ABŞ investisiya bankı olan "Lehman Brothers"in iflası qlobal maliyyə böhranının başlanğıc nöqtəsi hesab olunur.
Qlobal siyasi risklər arasında sənəddə, həmçinin ABŞ-dakı prezident seçkilərinin də adı çəkilir.
"İctimai iğtişaşlar ola bilər, vəziyyətin qızğın vətəndaş qarşıdurmasına çevrilməsi ehtimalı var", - deyə müəlliflər proqnozlaşdırıblar.