https://sputnik.az/20240109/soyqu-rusiya-mudafie-nazirliyinin-planlarini-aciqlayib-461842583.html
Şoyqu Rusiya Müdafiə Nazirliyinin planlarını açıqlayıb
Şoyqu Rusiya Müdafiə Nazirliyinin planlarını açıqlayıb
Sputnik Azərbaycan
Şoyqunun sözlərinə görə, nazirlik xüsusi əməliyyat zamanı əldə etdiyi təcrübədən hərbi ali məktəblərdə və akademiyalarda döyüş hazırlığında və tədris... 09.01.2024, Sputnik Azərbaycan
2024-01-09T15:28+0400
2024-01-09T15:28+0400
2024-01-09T15:29+0400
sergey şoyqu
rusiya
rusiyanın müdafiə naziri sergey şoyqu
sergey şoyqu
müdafiə naziri ordu generalı sergey şoyqu
rusiya müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/08/10/445057082_0:0:2957:1663_1920x0_80_0_0_e56b7f3f9cc616aa1e1e1f5095d6f44c.jpg
BAKI, 9 yanvar — Sputnik. Rusiya silahlı qüvvələrinin döyüş qabiliyyətini artırmağa davam edəcək. Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. "Bizim yaxın planlarımıza rabitə sisteminin işinin təkmilləşdirilməsi, müasir kəşfiyyat, hədəf təyinat və əks-batareya döyüş vasitələrinin istifadəsinin səmərəliliyinin artırılması daxildir", - nazir bildirib. "Bu və digər vəzifələrin həlli bizə Silahlı Qüvvələrin döyüş qabiliyyətini artırmağa, ölkəmizə və onun müttəfiqlərinə qarşı təcavüzün qarşısını almağa imkan verəcək", - deyə o qeyd edib. Şoyqunun sözlərinə görə, nazirlik xüsusi əməliyyat zamanı əldə etdiyi təcrübədən hərbi ali məktəblərdə və akademiyalarda döyüş hazırlığında və tədris prosesində istifadəni davam etdirəcək. "Biz qoşunlardan istifadənin forma və üsullarını təkmilləşdirməyi, döyüş sənədlərinin, nizamnamə və təlimatların müddəalarını yeniləməyi davam etdirəcəyik", - deyə nazir bildirib. "Əvvəlki kimi bizim prioritetlərimiz xüsusi hərbi əməliyyat iştirakçılarının və onların ailə üzvlərinin sosial təminatı olaraq qalacaq. Onların hamısına bərabər təminat verilməlidir. Bu, döyüş veteranı statusunun alınmasına, tələb olunan ödənişlərə, mənzil alınmasına, o cümlədən tibbi yardım eabilitasiya və sanatoriya-kurort müalicəsinə aiddir", - deyə Şoqu qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/10/445057082_228:0:2957:2047_1920x0_80_0_0_49886170d0a9febba801c0e36d74d439.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey şoyqu, rusiyanın müdafiə naziri sergey şoyqu, sergey şoyqu, müdafiə naziri ordu generalı sergey şoyqu, rusiya müdafiə nazirliyi
sergey şoyqu, rusiyanın müdafiə naziri sergey şoyqu, sergey şoyqu, müdafiə naziri ordu generalı sergey şoyqu, rusiya müdafiə nazirliyi
Şoyqu Rusiya Müdafiə Nazirliyinin planlarını açıqlayıb
15:28 09.01.2024 (Yenilənib: 15:29 09.01.2024) Şoyqunun sözlərinə görə, nazirlik xüsusi əməliyyat zamanı əldə etdiyi təcrübədən hərbi ali məktəblərdə və akademiyalarda döyüş hazırlığında və tədris prosesində istifadəni davam etdirəcək.
BAKI, 9 yanvar — Sputnik. Rusiya silahlı qüvvələrinin döyüş qabiliyyətini artırmağa davam edəcək. Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.
"Bizim yaxın planlarımıza rabitə sisteminin işinin təkmilləşdirilməsi, müasir kəşfiyyat, hədəf təyinat və əks-batareya döyüş vasitələrinin istifadəsinin səmərəliliyinin artırılması daxildir", - nazir bildirib.
"Bu və digər vəzifələrin həlli bizə Silahlı Qüvvələrin döyüş qabiliyyətini artırmağa, ölkəmizə və onun müttəfiqlərinə qarşı təcavüzün qarşısını almağa imkan verəcək", - deyə o qeyd edib.
Şoyqunun sözlərinə görə, nazirlik xüsusi əməliyyat zamanı əldə etdiyi təcrübədən hərbi ali məktəblərdə və akademiyalarda döyüş hazırlığında və tədris prosesində istifadəni davam etdirəcək.
"Biz qoşunlardan istifadənin forma və üsullarını təkmilləşdirməyi, döyüş sənədlərinin, nizamnamə və təlimatların müddəalarını yeniləməyi davam etdirəcəyik", - deyə nazir bildirib.
"Əvvəlki kimi bizim prioritetlərimiz xüsusi hərbi əməliyyat iştirakçılarının və onların ailə üzvlərinin sosial təminatı olaraq qalacaq. Onların hamısına bərabər təminat verilməlidir. Bu, döyüş veteranı statusunun alınmasına, tələb olunan ödənişlərə, mənzil alınmasına, o cümlədən tibbi yardım eabilitasiya və sanatoriya-kurort müalicəsinə aiddir", - deyə Şoqu qeyd edib.