https://sputnik.az/20240108/rusiya-usq-ya-endirilen-raket-zerbeleri-zamani-taktikasini-deyisib-461817541.html
Rusiya USQ-ya endirilən raket zərbələri zamanı taktikasını dəyişib
Rusiya USQ-ya endirilən raket zərbələri zamanı taktikasını dəyişib
Sputnik Azərbaycan
Rusiyanın yeni taktikası Ukrayna qoşunlarını tez yorur və Qərbin hava hücumundan müdafiə sistemlərinə müdaxilə edir. 08.01.2024, Sputnik Azərbaycan
2024-01-08T17:43+0400
2024-01-08T17:43+0400
2024-01-08T17:43+0400
rusiya
raket
ukrayna
helikopter
https://cdnn1.img.sputnik.az/img/07e7/02/10/451829352_0:160:3072:1888_1920x0_80_0_0_9410f323d049fb344e0fba332cfcfef4.jpg
BAKI, 8 yanvar — Sputnik. Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə və Ukrayna ərazisindəki hərbi obyektlərə raket zərbələri endirmək taktikasını kökündən dəyişib. Yeni yanaşma əvvəlkilərdən daha effektiv olub və Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarını çox sürətlə tükəndirir. Bu barədə FIM-92 "Stinger" daşınan zenit raket sistemlərinin (DZRK) ukraynalı operatoru Roman "TV5 Monde" telekanalına müsahibəsində bildirib. "Hazırda rusiyalılar təyyarə və ya helikopterlər kimi istilik tələlərini buraxan raketlərdən istifadə edirlər. Əvvəllər heç vaxt belə olmayıb. İndi raketlər "Stinger" sistemlərinə mane olan istilik tələləri buraxır" - nəşrin həmsöhbəti qeyd edib. Bundan əlavə, Rusiya Silahlı Qüvvələri raket zərbələrinin miqyasını xeyli artırıb. Bu yeni taktika ilə birlikdə Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarını sürətlə tükəndirir, çünki onlar döyüş yükü olmayan raketlərə mərmi xərcləməklə hər bir potensial təhlükəyə cavab verməyə məcbur olurlar. Bu yaxınlarda yayılan məlumata görə, Rusiya Strateji Raket Qüvvələri 2024-cü ildə ballistik qitələrarası raketlərin yeddi sınaq buraxılışını həyata keçirməyi planlaşdırır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/10/451829352_171:0:2902:2048_1920x0_80_0_0_84eca12dcee66c60b0f29063b0a23e34.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
raket, ukrayna, helikopter
raket, ukrayna, helikopter
Rusiya USQ-ya endirilən raket zərbələri zamanı taktikasını dəyişib
Rusiyanın yeni taktikası Ukrayna qoşunlarını tez yorur və Qərbin hava hücumundan müdafiə sistemlərinə müdaxilə edir.
BAKI, 8 yanvar — Sputnik. Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə və Ukrayna ərazisindəki hərbi obyektlərə raket zərbələri endirmək taktikasını kökündən dəyişib. Yeni yanaşma əvvəlkilərdən daha effektiv olub və Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarını çox sürətlə tükəndirir.
Bu barədə FIM-92 "Stinger" daşınan zenit raket sistemlərinin (DZRK) ukraynalı operatoru Roman "TV5 Monde" telekanalına müsahibəsində bildirib.
"Hazırda rusiyalılar təyyarə və ya helikopterlər kimi istilik tələlərini buraxan raketlərdən istifadə edirlər. Əvvəllər heç vaxt belə olmayıb. İndi raketlər "Stinger" sistemlərinə mane olan istilik tələləri buraxır" - nəşrin həmsöhbəti qeyd edib.
Bundan əlavə, Rusiya Silahlı Qüvvələri raket zərbələrinin miqyasını xeyli artırıb. Bu yeni taktika ilə birlikdə Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarını sürətlə tükəndirir, çünki onlar döyüş yükü olmayan raketlərə mərmi xərcləməklə hər bir potensial təhlükəyə cavab verməyə məcbur olurlar.
Bu yaxınlarda yayılan məlumata görə, Rusiya Strateji Raket Qüvvələri 2024-cü ildə ballistik qitələrarası raketlərin yeddi sınaq buraxılışını həyata keçirməyi planlaşdırır.