https://sputnik.az/20240108/rusiya-bir-daha-qerbe-teref-uz-cevirmeyecek---titov-461812993.html
Rusiya bir daha Qərbə tərəf üz çevirməyəcək - Titov
Rusiya bir daha Qərbə tərəf üz çevirməyəcək - Titov
Sputnik Azərbaycan
Müvəkkilin sözlərinə görə, məsələ "inciklik və ya kin-küdurətlə bağlı deyil". 08.01.2024, Sputnik Azərbaycan
2024-01-08T23:59+0400
2024-01-08T23:59+0400
2024-01-08T23:59+0400
rusiya
qərb
ukrayna
vaşinqton
şərq
moskva
brüssel
https://cdnn1.img.sputnik.az/img/07e8/01/08/461812820_0:0:2866:1612_1920x0_80_0_0_b6c5d4654b1b5710a9c96ed8a9eab8c0.jpg
BAKI, 8 yanvar — Sputnik. Rusiya bir daha Qərbə tərəf üz çevirməyəcək, hətta əgər Vaşinqton və Brüssel sabah bütün sanksiyaları aradan qaldırsalar belə, Qərb artıq keçmiş mərhələdir. Bəşəriyyətin gələcəyi Şərqdə yerləşir, burada onlar təkcə Moskva ilə dost olmağı deyil, həm də ticarət-iqtisadi əlaqələri inkişaf etdirməyi də istəyirlər. Bunu Rusiya Federasiyasının Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil Boris Titov RİA Novosti-yə deyib. "Bilirsiniz, əgər Vaşinqton və Brüssel sabah Rusiyaya qarşı tətbiq etdikləri bütün sanksiyaları ləğv edib yenidən bizə yönəlsələr belə, biz bir daha Qərbə tərəf üz çevirməyəcəyik. İnanın, geri dönüş olmayacaq. Təkcə ona görə yox ki, Rusiya ilə Qərbin imkan verdiyi şəkildə davranmaq yolverilməzdir" - Titov bildirib. Onun sözlərinə görə, məsələ "inciklik və ya kin-küdurətlə bağlı deyil". "Sadəcə, Qərb artıq keçmiş bir mərhələdir. Bu, bəşəriyyətin keçmişidir. Onun gələcəyi Şərqdir, necə deyərlər, qlobal Cənub deyilən yerdir" - agentliyin həmsöhbəti qeyd edib. Müvəkkil əlavə edib ki, məhz bu regionlar bu gün dinamik inkişaf edir, güclü insan ehtiyatları məhz orada cəmləşir və ən yeni texnologiyalar məhz orada yaranır. "Məhz bizim dostlarımız oradadırlar, onlar Moskva ilə təkcə dost olmaq deyil, həm də ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək istəyirlər" - Titov fikrini yekunlaşdırıb.
brüssel
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/08/461812820_116:0:2847:2048_1920x0_80_0_0_669eacdbda24550f78b425d63063dee8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qərb, ukrayna, vaşinqton, şərq, moskva, brüssel
qərb, ukrayna, vaşinqton, şərq, moskva, brüssel
Rusiya bir daha Qərbə tərəf üz çevirməyəcək - Titov
Müvəkkilin sözlərinə görə, məsələ "inciklik və ya kin-küdurətlə bağlı deyil".
BAKI, 8 yanvar — Sputnik. Rusiya bir daha Qərbə tərəf üz çevirməyəcək, hətta əgər Vaşinqton və Brüssel sabah bütün sanksiyaları aradan qaldırsalar belə, Qərb artıq keçmiş mərhələdir. Bəşəriyyətin gələcəyi Şərqdə yerləşir, burada onlar təkcə Moskva ilə dost olmağı deyil, həm də ticarət-iqtisadi əlaqələri inkişaf etdirməyi də istəyirlər.
Bunu Rusiya Federasiyasının Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil Boris Titov RİA Novosti-yə deyib.
"Bilirsiniz, əgər Vaşinqton və Brüssel sabah Rusiyaya qarşı tətbiq etdikləri bütün sanksiyaları ləğv edib yenidən bizə yönəlsələr belə, biz bir daha Qərbə tərəf üz çevirməyəcəyik. İnanın, geri dönüş olmayacaq. Təkcə ona görə yox ki, Rusiya ilə Qərbin imkan verdiyi şəkildə davranmaq yolverilməzdir" - Titov bildirib.
Onun sözlərinə görə, məsələ "inciklik və ya kin-küdurətlə bağlı deyil".
"Sadəcə, Qərb artıq keçmiş bir mərhələdir. Bu, bəşəriyyətin keçmişidir. Onun gələcəyi Şərqdir, necə deyərlər, qlobal Cənub deyilən yerdir" - agentliyin həmsöhbəti qeyd edib.
Müvəkkil əlavə edib ki, məhz bu regionlar bu gün dinamik inkişaf edir, güclü insan ehtiyatları məhz orada cəmləşir və ən yeni texnologiyalar məhz orada yaranır.
"Məhz bizim dostlarımız oradadırlar, onlar Moskva ilə təkcə dost olmaq deyil, həm də ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək istəyirlər" - Titov fikrini yekunlaşdırıb.