Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: "Bəlkə onlar Aİ ordusunun yaradılması əvəzinə COVID üçün peyvənd hazırlasınlar?"

© Sputnik / Станислав Красильников / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 07.01.2024
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, ordu yaratmazdan əvvəl onun hansı yanacaqdan istifadə edəcəyini anlamaq lazımdır.
BAKI, 7 yanvar — Sputnik. Aİ ordu yaratmazdan əvvəl koronavirusa qarşı peyvənd yaratmaq barədə düşünməli və ya sərhədlərini humanist şəkildə qorumağı öyrənməlidir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında yazıb.
Bundan əvvəl İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bildirmişdi ki, Avropa İttifaqı sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək öz silahlı qüvvələrini formalaşdırmalıdır.

"Aİ ordusu? Bəlkə işə Covid-ə qarşı öz peyvəndinizi inkişaf etdirməklə başlayasız? Yoxsa, beynəlxalq öhdəliklərə uyğun olaraq Avropa İttifaqının sərhədlərini insancasına qorumağı öyrənəsiz? Qaçqınlar və miqrantlar məsələsini həll edəsiz? Yalnız bundan sonra ordu yaratmaq barədə düşünməyə dəyər", - deyə Zaxarova sözünə davam edib.

O əlavə edib ki, ordu yaratmazdan əvvəl onun hansı yanacaqdan istifadə edəcəyini anlamaq lazımdır.
"Yoxsa, sonra ABŞ prezidenti Brüsselə gələcək və Aİ ordusu onun işarə etdiyi yerlərə hücum etməsə, yanacağın qiymətini qaldıracağını söyləyəcək", - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.
Zaxarova, həmçinin sual verib:
"Niyə hər bir NATO ölkəsi "ümumi xəzinəyə... böyük məbləğlər" ödəyir? Əslində isə bu pullar guya "təhlükəsizliyi təmin edən" Vaşinqtona çatır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0