https://sputnik.az/20240107/latin-amerikasi-olkeleri-rusiyadan-neft-tedarukunu-artiracaq---ekspert-461786116.html
Latın Amerikası ölkələri Rusiyadan neft tədarükünü artıracaq - ekspert
Latın Amerikası ölkələri Rusiyadan neft tədarükünü artıracaq - ekspert
Sputnik Azərbaycan
Rusiya nefti üçün əsas bazarlar Cənub-Şərqi Asiya, Hindistan və Çin olaraq qalacaq. 07.01.2024, Sputnik Azərbaycan
2024-01-07T11:30+0400
2024-01-07T11:30+0400
2024-01-07T11:30+0400
avropa
rusiya
neft
latın amerikası
ixrac
ton
çin
hindistan
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457290010_0:166:3049:1881_1920x0_80_0_0_6bf554787d04a4d7fa7562efe3080ab1.jpg
BAKI, 7 yanvar — Sputnik. Gələn il Rusiya neftinin tədarükünün ən böyük artımı Latın Amerikası ölkələrindən olacaq. Bu barədə Ricom-Trast İnvestisiya Şirkətinin analitik şöbəsinin rəhbəri Oleq Abelev RİA Novosti-yə bildirib. Ekspert bildirib ki, 2024-cü ildə tədarükün genişləndirilməsini çox güman ki, yeni idxalçı ölkələrlə xüsusən də Latın Amerikasından gözləmək olar. Üstəlik, biz Argentina və Braziliyadan bu istiqamətdə intensivləşməni müşahidə edirik. Argentina prezident seçkilərindən sonra BRİKS-ə qoşulmağı planlaşdırırdı. Ümumilikdə, ekspertin fikrincə, Rusiya nefti üçün əsas bazarlar Cənub-Şərqi Asiya, Hindistan və Çin olaraq qalacaq:"Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı neft sanksiyaları 2022-ci il dekabrın 5-də qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə daşınan Rusiya neftini qəbul etməyi dayandırıb, G7 ölkələri, Avstraliya və Aİ neftin dəniz yolu ilə daşınmasına 60 dollar qiymət limiti tətbiq edib. Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin, əgər müqavilələr birbaşa və ya dolayı yolla maksimum qiymətin müəyyən edilməsi mexanizmindən istifadəni nəzərdə tutursa, neftin xarici tərəflərə tədarükünü qadağan edib".Əvvəllər Rusiya neftinin 58%-i dost olmayan ölkələrə - Avropa İttifaqının üzvləri, Cənubi Koreya, ABŞ, Yaponiya və Böyük Britaniyaya gedirdi. Lakin ötən ilin sonunda belə ölkələrin payı 9%-ə qədər azalıb və ümumi ixracın həcmi dəyişməz qalıb. Sanksiyalar dövründə Rusiya Çin və Hindistana neft idxalında birinci olub. Rusiya artıq bir sıra Latın Amerikası ölkələrinə neft tədarük edir. Məsələn, Braziliya iki illik fasilədən sonra ötn il payızın əvvəlində Rusiyadan neft almağa başlayıb. Kuba ilə Rusiya neftinin tədarükünün genişləndirilməsi müzakirə olunur. 2024-cü ilin iyununda bu ölkənin baş naziri Manuel Marrero Kruz bəyan etmişdi ki, ölkələr arasında ildə 1,64 milyon ton neft və neft məhsulları üçün hökumətlərarası saziş hazırlanır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457290010_160:0:2889:2047_1920x0_80_0_0_475e1465476f537b061e45030e699ab3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
avropa, neft, latın amerikası, ixrac, ton, çin, hindistan
avropa, neft, latın amerikası, ixrac, ton, çin, hindistan
Latın Amerikası ölkələri Rusiyadan neft tədarükünü artıracaq - ekspert
Rusiya nefti üçün əsas bazarlar Cənub-Şərqi Asiya, Hindistan və Çin olaraq qalacaq.
BAKI, 7 yanvar — Sputnik. Gələn il Rusiya neftinin tədarükünün ən böyük artımı Latın Amerikası ölkələrindən olacaq. Bu barədə Ricom-Trast İnvestisiya Şirkətinin analitik şöbəsinin rəhbəri Oleq Abelev RİA Novosti-yə bildirib.
Ekspert bildirib ki, 2024-cü ildə tədarükün genişləndirilməsini çox güman ki, yeni idxalçı ölkələrlə xüsusən də Latın Amerikasından gözləmək olar. Üstəlik, biz Argentina və Braziliyadan bu istiqamətdə intensivləşməni müşahidə edirik. Argentina prezident seçkilərindən sonra BRİKS-ə qoşulmağı planlaşdırırdı.
"Hələlik heç bir imtina olmayıb. Bu, Rusiya neftinin Latın Amerikası qitəsində yeni alıcılar tapması şansını artırır", - ekspert bildirib.
Ümumilikdə, ekspertin fikrincə, Rusiya nefti üçün əsas bazarlar Cənub-Şərqi Asiya, Hindistan və Çin olaraq qalacaq:
"Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı neft sanksiyaları 2022-ci il dekabrın 5-də qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə daşınan Rusiya neftini qəbul etməyi dayandırıb, G7 ölkələri, Avstraliya və Aİ neftin dəniz yolu ilə daşınmasına 60 dollar qiymət limiti tətbiq edib. Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin, əgər müqavilələr birbaşa və ya dolayı yolla maksimum qiymətin müəyyən edilməsi mexanizmindən istifadəni nəzərdə tutursa, neftin xarici tərəflərə tədarükünü qadağan edib".
Əvvəllər Rusiya neftinin 58%-i dost olmayan ölkələrə - Avropa İttifaqının üzvləri, Cənubi Koreya, ABŞ, Yaponiya və Böyük Britaniyaya gedirdi. Lakin ötən ilin sonunda belə ölkələrin payı 9%-ə qədər azalıb və ümumi ixracın həcmi dəyişməz qalıb. Sanksiyalar dövründə Rusiya Çin və Hindistana neft idxalında birinci olub.
Rusiya artıq bir sıra Latın Amerikası ölkələrinə neft tədarük edir. Məsələn, Braziliya iki illik fasilədən sonra ötn il payızın əvvəlində Rusiyadan neft almağa başlayıb. Kuba ilə Rusiya neftinin tədarükünün genişləndirilməsi müzakirə olunur. 2024-cü ilin iyununda bu ölkənin baş naziri Manuel Marrero Kruz bəyan etmişdi ki, ölkələr arasında ildə 1,64 milyon ton neft və neft məhsulları üçün hökumətlərarası saziş hazırlanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.