https://sputnik.az/20240104/rusiyada-ecnebilere-vetendasliq-verilmesi-prosedurunda-yenilik-edilib-461758216.html
Rusiyada əcnəbilərə vətəndaşlıq verilməsi prosedurunda yenilik edilib
Rusiyada əcnəbilərə vətəndaşlıq verilməsi prosedurunda yenilik edilib
Sputnik Azərbaycan
Putin bəzi ölkə vətəndaşlarına Rusiya pasportunun sadələşdirilmiş qaydada verilməsi haqda fərman imzalayıb 04.01.2024, Sputnik Azərbaycan
2024-01-04T19:15+0400
2024-01-04T19:15+0400
2024-01-04T19:18+0400
rusiya
rusiya prezidenti vladimir putin
vladimir putin
fərman
fərman
fərman
vətəndaş
vətəndaşlıq
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0b/425697765_0:0:3059:1722_1920x0_80_0_0_9b62e7761c5e2fe87c845af29e3acd1c.jpg
Rusiya Prezidenti Vladimir Putin orduda hərbi xidmət keçmək üçün müraciət edən əcnəbilərə və onların ailə üzvlərinə Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb.“Report” xəbər verir ki, fərmanda Şimal Hərbi Dairəsinin tərkibində hərbi xidmət keçmək üçün müqavilə bağlamış əcnəbi vətəndaşların Rusiya vətəndaşlığı üçün müraciət edə biləcəyi qeyd olunub.Putinin fərmanına əsasən, Krımda və ya Sevastopolda doğulmuş və daimi yaşayan, 2014-cü il martın 18-dən əvvəl yarımadanı tərk etmiş və üçüncü dövlətin vətəndaşlığı olmayan Ukrayna vətəndaşları, RSFSR ərazisində doğulmuş və əvvəllər SSRİ vətəndaşlığına malik Əfqanıstan, İraq, Yəmən və Suriya vətəndaşları, özləri (və ya əcdadları) Krım Muxtar Sovet Sosialist Respublikasının ərazisindən qanunsuz deportasiya edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlığından asılı olmayaraq yuxarıda göstərilən bütün şəxslərin uşaqları (övladlığa götürülmüş uşaqlar da daxil olmaqla), valideynləri və həyat yoldaşları güzəştli şərtlərlə Rusiya vətəndaşlığını ala bilərlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0b/425697765_69:0:2798:2047_1920x0_80_0_0_ce8d56c467e3ed83edd2e4d444dc08b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, vladimir putin, fərman, fərman, fərman, vətəndaş, vətəndaşlıq
rusiya prezidenti vladimir putin, vladimir putin, fərman, fərman, fərman, vətəndaş, vətəndaşlıq
Rusiyada əcnəbilərə vətəndaşlıq verilməsi prosedurunda yenilik edilib
19:15 04.01.2024 (Yenilənib: 19:18 04.01.2024) Putin bəzi ölkə vətəndaşlarına Rusiya pasportunun sadələşdirilmiş qaydada verilməsi haqda fərman imzalayıb
Rusiya Prezidenti Vladimir Putin orduda hərbi xidmət keçmək üçün müraciət edən əcnəbilərə və onların ailə üzvlərinə Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb.
“Report” xəbər verir ki, fərmanda Şimal Hərbi Dairəsinin tərkibində hərbi xidmət keçmək üçün müqavilə bağlamış əcnəbi vətəndaşların Rusiya vətəndaşlığı üçün müraciət edə biləcəyi qeyd olunub.
Putinin fərmanına əsasən, Krımda və ya Sevastopolda doğulmuş və daimi yaşayan, 2014-cü il martın 18-dən əvvəl yarımadanı tərk etmiş və üçüncü dövlətin vətəndaşlığı olmayan Ukrayna vətəndaşları, RSFSR ərazisində doğulmuş və əvvəllər SSRİ vətəndaşlığına malik Əfqanıstan, İraq, Yəmən və Suriya vətəndaşları, özləri (və ya əcdadları) Krım Muxtar Sovet Sosialist Respublikasının ərazisindən qanunsuz deportasiya edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlığından asılı olmayaraq yuxarıda göstərilən bütün şəxslərin uşaqları (övladlığa götürülmüş uşaqlar da daxil olmaqla), valideynləri və həyat yoldaşları güzəştli şərtlərlə Rusiya vətəndaşlığını ala bilərlər.