https://sputnik.az/20240104/rf-xn-qerb-onun-aktivlerini-musadire-ederse-rusiya-cavab-verecek-461760962.html
RF XİN: Qərb onun aktivlərini müsadirə edərsə, Rusiya cavab verəcək
RF XİN: Qərb onun aktivlərini müsadirə edərsə, Rusiya cavab verəcək
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Rusiya hakimiyyəti ABŞ və Aİ-nin dondurulmuş Rusiya aktivlərini geri alacağı təqdirdə... 04.01.2024, Sputnik Azərbaycan
2024-01-04T22:05+0400
2024-01-04T22:05+0400
2024-01-04T22:07+0400
rusiya xin
rusiya
aktiv
müsadirə
qərb
qərb
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_0:0:3640:2048_1920x0_80_0_0_2c693dd1c0c0c79ea4c1e5f8437ee984.jpg
BAKI, 4 yanvar — Sputnik. Qərb Rusiyanın xaricdəki dondurulmuş aktivlərini müsadirə edərsə, Rusiya cavab verəcək. “RİA Novosti” bu barədə Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Biriçevskiyə istinadən xəbər verib. Agentliyin həmsöhbəti cavab tədbirləri kimi müsadirə oluna biləcək məbləği açıqlamayıb. “Moskva dondurulmuş aktivlərlə bağlı vəziyyətin istənilən inkişafına hazırdır. Rusiyanın təklif etdiyi qarşılıqlı mübadilə sxemi vəsaitləri Rusiya tərəfinin yurisdiksiyasında olan qərbli kontragentlər üçün maraqlı ola bilər”, - deyə o, sözünə davam edib. Bununla belə, əməkdaşlıq hər iki tərəfin istəyini tələb edir. Sanksiyalar şəraitində sakinləri potensial olaraq bu cür mübadilədə iştirak edə biləcək Qərb ölkələrinin hakimiyyət orqanlarının reaksiyasını təxmin etməyə çalışmaq isə mənasızdır. Eyni zamanda, Qərbin buna hazır olduğu təqdirdə Moskva dialoqa açıqdır”, - deyə Biriçevski sözünü yekunlaşdırıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Rusiya hakimiyyəti ABŞ və Aİ-nin dondurulmuş Rusiya aktivlərini geri alacağı təqdirdə Qərbin müsadirə olunacaq aktivlərinin siyahısını hazırlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_370:0:3101:2048_1920x0_80_0_0_2e89c8729993d0d753d3d95fe89af791.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya xin, aktiv, müsadirə, qərb, qərb, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
rusiya xin, aktiv, müsadirə, qərb, qərb, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
RF XİN: Qərb onun aktivlərini müsadirə edərsə, Rusiya cavab verəcək
22:05 04.01.2024 (Yenilənib: 22:07 04.01.2024) Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Rusiya hakimiyyəti ABŞ və Aİ-nin dondurulmuş Rusiya aktivlərini geri alacağı təqdirdə Qərbin müsadirə olunacaq aktivlərinin siyahısını hazırlayıb.
BAKI, 4 yanvar — Sputnik. Qərb Rusiyanın xaricdəki dondurulmuş aktivlərini müsadirə edərsə, Rusiya cavab verəcək.
“RİA Novosti” bu barədə Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Biriçevskiyə istinadən xəbər verib.
Agentliyin həmsöhbəti cavab tədbirləri kimi müsadirə oluna biləcək məbləği açıqlamayıb.
“Moskva dondurulmuş aktivlərlə bağlı vəziyyətin istənilən inkişafına hazırdır. Rusiyanın təklif etdiyi qarşılıqlı mübadilə sxemi vəsaitləri Rusiya tərəfinin yurisdiksiyasında olan qərbli kontragentlər üçün maraqlı ola bilər”, - deyə o, sözünə davam edib.
Bununla belə, əməkdaşlıq hər iki tərəfin istəyini tələb edir. Sanksiyalar şəraitində sakinləri potensial olaraq bu cür mübadilədə iştirak edə biləcək Qərb ölkələrinin hakimiyyət orqanlarının reaksiyasını təxmin etməyə çalışmaq isə mənasızdır. Eyni zamanda, Qərbin buna hazır olduğu təqdirdə Moskva dialoqa açıqdır”, - deyə Biriçevski sözünü yekunlaşdırıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Rusiya hakimiyyəti ABŞ və Aİ-nin dondurulmuş Rusiya aktivlərini geri alacağı təqdirdə Qərbin müsadirə olunacaq aktivlərinin siyahısını hazırlayıb.