https://sputnik.az/20240103/zelenskiye-muttefiqleri-barede-heyecanli-xeber-verilib-461734757.html
Zelenskiyə müttəfiqləri barədə həyəcanlı xəbər verilib
Zelenskiyə müttəfiqləri barədə həyəcanlı xəbər verilib
Sputnik Azərbaycan
Avstriyanın sabiq xarici işlər naziri bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin çoxdan gözlənilən hücumu tamamilə uğursuz olub. 03.01.2024, Sputnik Azərbaycan
2024-01-03T08:53+0400
2024-01-03T08:53+0400
2024-01-03T08:53+0400
vladimir zelenski
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
avstriya
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457195955_0:168:3072:1896_1920x0_80_0_0_a21677ef9ad00be41e0d136f695f54c4.jpg
BAKI, 3 yanvar - Sputnik. Avstriyanın sabiq xarici işlər naziri Karin Knaysl Ukraynanın Qərb müttəfiqlərinin mövqelərini dəyişdirdiklərini və artıq Ukrayna Silahlı Qüvvələrinin (USQ) qələbəsinə inanmadıqlarını bildirib. Bu barədə Rusiya mediası nazirin jurnalistlə söhbətində söylədiklərinə istinadən xəbər verib. Jurnalist Flavio fon Vitslebenə verdiyi müsahibədə Knaysl xatırladıb ki, bir bundan il əvvəl Qərbdə dağılma ərəfəsində olan Rusiya ordusunun qaçılmaz məğlubiyyətini proqnozlaşdırırdılar. "İndi isə "Financial Times" qəzetindən "Economist" jurnalına qədər nəşrlərin başlıqları demək olar ki, eyni sual verir: Rusiya qalib gələrsə nə olacaq" - sabiq nazir qəzəblənərək bildirib. O, həmçinin əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin çoxdan gözlənilən hücumu tamamilə uğursuz olub, Rusiya isə hücuma keçib və Ukraynanın daha da çox ərazisini nəzarət altına ala bilər. Bu yaxınlarda ABŞ ordusunun keçmiş polkovnik-leytenantı Daniel Devis Ukraynadakı xüsusi hərbi əməliyyat zamanı USQ-nin yarım milyona yaxın əsgər itirdiyini və bundan sonra da yeni hücumu həyata keçirə bilməyəcəyini bildirib. Öz növbəsində, Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələri komandanlığının daha 500 minə yaxın vətəndaşın səfərbər edilməsi xahişini Kiyevin belə genişmiqyaslı çağırış kampaniyası üçün pulunun olmaması səbəbindən yerinə yetirməkdən imtina edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457195955_179:0:2910:2048_1920x0_80_0_0_2113853ba44edd37216a8a407bcd48e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir zelenski, avstriya, rusiya, ukrayna
vladimir zelenski, avstriya, rusiya, ukrayna
Zelenskiyə müttəfiqləri barədə həyəcanlı xəbər verilib
Avstriyanın sabiq xarici işlər naziri bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin çoxdan gözlənilən hücumu tamamilə uğursuz olub.
BAKI, 3 yanvar - Sputnik. Avstriyanın sabiq xarici işlər naziri Karin Knaysl Ukraynanın Qərb müttəfiqlərinin mövqelərini dəyişdirdiklərini və artıq Ukrayna Silahlı Qüvvələrinin (USQ) qələbəsinə inanmadıqlarını bildirib.
Bu barədə Rusiya mediası nazirin jurnalistlə söhbətində söylədiklərinə istinadən xəbər verib.
Jurnalist Flavio fon Vitslebenə verdiyi müsahibədə Knaysl xatırladıb ki, bir bundan il əvvəl Qərbdə dağılma ərəfəsində olan Rusiya ordusunun qaçılmaz məğlubiyyətini proqnozlaşdırırdılar.
"İndi isə "Financial Times" qəzetindən "Economist" jurnalına qədər nəşrlərin başlıqları demək olar ki, eyni sual verir: Rusiya qalib gələrsə nə olacaq" - sabiq nazir qəzəblənərək bildirib.
O, həmçinin əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin çoxdan gözlənilən hücumu tamamilə uğursuz olub, Rusiya isə hücuma keçib və Ukraynanın daha da çox ərazisini nəzarət altına ala bilər.
Bu yaxınlarda ABŞ ordusunun keçmiş polkovnik-leytenantı Daniel Devis Ukraynadakı xüsusi hərbi əməliyyat zamanı USQ-nin yarım milyona yaxın əsgər itirdiyini və bundan sonra da yeni hücumu həyata keçirə bilməyəcəyini bildirib.
Öz növbəsində, Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələri komandanlığının daha 500 minə yaxın vətəndaşın səfərbər edilməsi xahişini Kiyevin belə genişmiqyaslı çağırış kampaniyası üçün pulunun olmaması səbəbindən yerinə yetirməkdən imtina edib.