Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Putinin “sensasion bəyanatı” olacağı ilə bağlı xəbərlərə münasibət bildirdi

© Sputnik / Сергей Гунеев Dmitri Peskov
 Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 03.01.2024
Abunə olmaq
Söhbət ötən gecə “Politjoystik” Telegram kanalında Marat Bəşirovun imzası ilə dərc olunan yazıdan gedir.
BAKI, 3 yanvar - Sputnik. Telegram kanallarında Rusiya prezidenti Vladimir Putinin guya dünya təhlükəsizliyi ilə bağlı sensasion bəyanat hazırlaması ilə bağlı yayımlanan məlumatlar reallığı əks etdirmir.
Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.
Peskov bildirib ki, belə bir şey yoxdur:

"Bunlar yalan məlumatlardır".

Söhbət ötən gecə “Politjoystik” Telegram kanalında Marat Bəşirovun imzası ilə dərc olunan yazıdan gedir. Qeyd edilirib ki, “sabah və ya o biri gün” Putin qlobal təhlükəsizlik məsələləri və xüsusən də Ukrayna məsələsi ilə bağlı sensasiyalı bəyanat verə bilər. Üstəlik, bunun ultimatum deyil, “parametrlərinə görə sərt bəyanat” olacağı vurğulanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0